525.Az

Əli İldırımoğlunun 85 illik yubileyi Yazıçılar Birliyində qeyd olunub (FOTOLAR)


 

Əli İldırımoğlunun 85 illik yubileyi Yazıçılar Birliyində qeyd olunub <b style="color:red">(FOTOLAR)</b>

Azərbaycan Yazıçılar BirliyininNatəvanklubunda yazıçı Əli İldırımoğlunun 85 illik yubileyilə bağlı tədbir keçirilib.

525.az-ın məlumatına görə, tədbiri
AYB-nin katibi, “525-ci qəzetin baş redaktoru Rəşad Məcid açıb: “Əli İldırımoğlu ömrünün böyük bir hissəsini mətbuata həsr edib. O, Sovet dövrünün ən məhşur qəzetlərindən olanKommunist çalışıb, eyni zamanda da ardıcıl şəkildə ədəbi fəaliyyətlə məşğul olub. Əli İldırımoğlunun olduqca zəngin maraqlı xatirələri var. Onun əsərlərinin mahiyyətini məhz həmin xatirələr təşkil edir. Öz romanlarında, hekayələrində dilimizin rəngarəngliyindən məharətlə istifadə etməyi onu Azərbaycan oxucusuna doğmalaşdırıb. Əli müəllimin son zamanlar qələmə aldığı romanlar mütəmadi olaraq “525-ci qəzet dərc edilir. Ona görə onun yeni əsərləri, romanları bizə daha çox yaxındır”.

Avrasiya Yazarlar Birliyinin sədri Yaqub Öməroğlunun Türkiyə Xalq Araşdırmaları Qurumunun Əli İldırımoğluya ünvanladıqları təbrik məktubunu iştirakçıların diqqətinə çatdıran R. Məcid yazıçının təkcə Azərbaycanda deyil, ümumən türk dünyasında tanınan oxunan ədiblərimizdən olduğunu qeyd edib. AYB-nin sədri, Xalq yazıçısı Anar Əli İldırımoğlunu Azərbaycan nəsrində realist yönün ən fəal usta təmsilçilərindən biri kimi dəyərləndirib. 

Dialoq Avrasiya Platformasının Azərbaycan üzrə koordinatoru Mustafa Saatçı Əli İldırımoğlunun romanları digər əsərlərilə geniş oxucu kütləsi qazanmış yazıçı olduğunu vurğulayıb.

Ədəbiyyatşünas Qurban Bayramov çıxış edərək deyib: “Əli İldırımoğlu 70 ildir əlindən qələmi düşməyən bir yazıçıdır. Əli müəllim çox gənc vaxtından – 15 yaşından müəllimlik fəaliyyətinə başlayıb. Mən onun həyatı ilə bağlı bir maraqlı faktı da açıqlamaq istəyirəm. Əli müəllim həm bacarıqlı bir rəssamdır. O hələ gənc yaşlarında müəllim işlədiyi məktəbdə yağlı boya ilə dahi şair yazıçıların portetlərini çəkib, məktəbdə ədəbiyyat otağı yaratmışdır. Əksər ədəbiyyat adamları ədəbiyyata şeirlə gəliblər. Əli müəllimin əsərlərində dərin bir lirizm duyulur. Əli müəllim jurnalistika sahəsinə misilsiz dərəcədə dəyərli yeniliklər gətirmiş jurnalistimiz, gözəl əsərlər qələmə almış yazıçımızdır”.

Xalq artisti Rasim Balayev Ə.İldırımoğlunun daimi oxucularından olduğunu bildirib: “Əli müəllim mənəMənim rəncbər atamkitabını verdi. Mən düşündüm ki, kitabı yavaş-yavaş oxuyaram. Amma kitabın ilk vərəqini çevirdiyim andan məni elə çəkib apardı ki, əlimdən yerə qoya bilmədim. Əli müəllimin bir yazıçı kimi uğuru da məhz elə bundadıryazı dilinin axıcı olmasında, əsərlərinin oxunaqlı alınmasında. Əli müəllimin əsərlərində mən həm kino sənəti, rəssamlıq sənəti görürəm. O, istedadlı yazıçı olmaqdan başqa, şəxsiyyət kimi mükəmməl bir insandır. Onun həyat, insanlar haqqındakı dərin bilgiləri hər birimiz üçün bir məktəbdir. Mən çox istərdim ki, Əli müəllimin əsərlərindən ssenarilər hazırlansın filmlər çəkilsin”.

Şair Vahid Əziz isə bunları önə çəkib: “Mən Əli müəllimi birinci jurnalist kimi tanımışam. “Kommunistqəzetində o vaxt 17 müxbir vardı onlardan ən irəlidə gedəni Əli İldırımoğlu idi. Əli müəllim hər zaman öz ləyaqətini uca tutub. Onun bütün həyatı özü övladları üçün qürur mənbəyidir”.

“525-ci qəzetin redaktoru, yazıçı Yaşar da tədbirdə maraqlı fikirlər söyləyib: “Jurnalistika ilə ədəbiyyat arasında həmişə bir sərhəd olub. Bu sərhəd zaman-zaman qarışıb da, ayrılıb da. Əli İldırımoğlu ədəbiyyata jurnalistikadan gəlib dünya ədəbiyyatında da ədəbiyyata jurnalistikadan gələn bir çox məşhur yazıçılr olub. Əli müəllim jurnalistika ilə ədəbiyyat arasında sərhəd yaradan Azərbaycan yazıçısıdır. Bəzən görürsən ki, jurnalistikadan nəsrə keçən insanlar əsərlərini jurnalist kimi yazırlar. Amma Əli İldırımoğlunun əsərləri sırf yazıçı əsərləridir. Əli müəllimin bədii yaradıcılığındakı ən böyük gücü onun yaşının bu vaxtında da yazıb-yaratmaq eşqinin sonsuz olmasındadır. Bundan başqa Əli İldırımoğlu öz əsərlərində bizdən get-gedə uzaqlaşmaqda, unudulmaqda olan Qarabağı yaşadır. Mən Qubadlının hərdən yadımdan çıxan bəzi yerlərini xatırlamaq üçün Əli müəllimin romanlarına müraciət edirəm”.

Tədbirdə şair Ramiz Rövşən, söz sənət adamlarından Mahirə Abdulla, Cahid İsmayıloğlu, Ağalar Bayramov, Səbail rayon icra hakimiyyəti başçısının müavini Xalidə Bayramova da Əli İldırımoğlunu təbrik edib, yubilyar haqqında yüksək fikirlər söyləyiblər.

Sonda çıxış edən Əli İldırımoğlu yaradıcılığına şəxsiyyətinə göstərilən diqqətə görə, başda Xalq yazıçısı Anar olmaqla, Yazıçılar Birliyinin rəhbərliyinə, həmçinin tədbir iştirakçılarına təşəkkürünü bildirib.

GÜNEL

 





16.11.2012    çap et  çap et