525.Az

Elmira Süleymanova "525"i təbrik etdi


 

Elmira Süleymanova "525"i təbrik etdi<b style="color:red"></b> “525-ci qəzetin baş redaktorucənab Rəşad Məcidə

 

Hörmətli Rəşad müəllim!

 

Bu gün yaranmasının ilk sayının çapdan çıxmasının 20 illik yubileyini bayram etdiyimiz “525-ci qəzeti araya-ərsəyə gətirən sizlərin fərəh  qürur hissiniz tamamilə təbiidir.

 

Müasir milli mətbuatımızın öncüllərindən sayılan, müstəqilliyimizin müjdəçisi olan  “525-ci qəzetin  yubileyi münasibətilə sevincinizə  qoşulur, bu mətbu orqana bacarıqla, yüksək peşəkarlıqla rəhbərlik edən Sizi, qəzetin əməkdaşlarını çoxsaylı oxucularını səmimi-qəlbdən təbrik edir, yeni uğurlar arzulayıram.

 

Qəzetiniz fəaliyyəti dövründə şərəfli bir yol keçmiş, xalqımızın yüksəlişinə tərəqqisinə, Azərbaycan dövlətçiliyinə xidmət etmiş, istiqlaliyyətimizin tərənnümçüsünə çevrilmiş, xalqımızın milli mənlik şüurunun formalaşmasında  əvəzsiz rol oynamışdır.

 

Əzəli yurd yerimiz Dağlıq Qarabağın işğalı nəticəsində yaranmış problemlər, doğma torpağında qaçqına məcburi köçkünə çevrilən soydaşlarımızın ehtiyacları, onların kütləvi surətdə pozulmuş İnsan hüquq azadlıqlarının müdafiəsi həyata keçirilməsi həmişə qəzetinizin işıqlandırdığı mövzulardan olmuşdur.

 

“525-ci qəzetöz amalına, əqidəsinə, “hamının qəzeti olmaqmissiyasına sadiq qalmış, dövlətçiliyimizin, xalqın mənafeyinin keşiyində durmuş, milli həmrəyliyə xidmət etmiş, mətbu sözün dəyərini uca tutmuşdur. Sizin formalaşdırdığınız yeni yaradıcı kollektiv  maraqlı layihələr həyata keçirmiş, qəzetinizin hər sayında   düşündürücü, həyati yazılarla oxucularının görüşünə gəlmişdir.

 

Milli jurnalistikamızın zəngin ənənələrini davam etdirən qəzetiniz  ölkəmizdə baş verən ictimai-siyasi prosesləri, hüquqi dövlət quruculuğunda qazandığımız nailiyyətləri, ölkəmizdə insanların hüquq azadlıqlarının müdafiəsi istiqamətində görülmüş işləri  öz səhifələrində obyektiv işıqlandırır.

 

Sizi qəzetin bütün kollektivini əlamətdar yubileyiniz münasibətilə ürəkdən təbrik edir, hamınıza uzun ömür, möhkəm cansağlığı, səadət, böyük yaradıcılıq uğurları, kəsərli qələm  arzulayıram.

 

Hörmətlə,                                                                          

 

Elmira Süleymanova

 

 





19.11.2012    çap et  çap et