525.Az

İnam, sevgi və ümid aşılayan əbədi sənət


 

İnam, sevgi və ümid aşılayan əbədi sənət <b style="color:red"></b>

Bu müsahibənin ilk variantı ötən əsrin 80-ci illərində yazılmışdı. Onda mən necə deyərlər "çiçəyi burnunda" çox cavan bir jurnalist idim Azərbaycan mətbuatında məhsuldar bir qələm əhli sayılırdım. O zamanın ən populyar qəzet jurnallarında yazılarımı böyük məmnuniyyətlə çap edirdilər, yenicə işə başladığım AzTV- daha çox mədəniyyətdən yazırdım. Tez-tez rayonlara, o cümlədən Naxçıvana ezamiyyətə gedirdim bu səfərlərdə mütləq yerli teatrların tamaşalarına, bədii özfəaliyyət kolletivlərinin çıxışlarına baxıb süjetlər hazırlayır, qəzetlər üçün məqalələr yazırdım. İlk dəfə Əliqismət Lalayevlə orada - yəni Naxçıvan Musiqili Dövlət Dram Teatrında tanış olduq. Onda o da çox gənc idi. Amma yaradıcılıq ilhamı ilə dolu, həddindən artıq özünəgüvənli inamlı bu cavanı həmyaşıdlarından fərqləndirən, həm onun bir qədər çılğın iddalı olmasıydı. Əliqismət Lalayevi Naxçıvanın teatr mühitində yaxşı tanıyırdılar, o dahi Hüseyn Cavidin həyat yaradıcılığından bəhs edən "Mənim Tanrım gözəlllikdir, sevgidir" tamaşasında baş rolun ifaçısı idi. Bir sıra tamaşalara verdiyi quruluşlar bu teatrın tarixində hadisə sayılırdı. Biz o vaxt Əliqismətlə Azərbaycan teatrının problemləri perspektivləri barədə bir xeyli söhbət etdik. Bilmədiyim səbəblər üzündən məqalə çapa getmədi mən o əlyazmaları düz 30 ildən sonar yenidən xatırladım. Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Azərbaycan Dövlət Musiqili Teatrının direktoru, Azərbaycan Dövlət Mədəniyyət İncəsənət Universitetinin dosenti Əliqismət Lalayevlə görüşlərimizin birində ötən günlərə o məqalədə qaldırdığımız problemlərə bu günün tələbləri ilə yanaşmağı qərara aldıq.

 - Salam, Əliqismət müəllim!

- Salam, xoş gəlmisiniz!

- Sağ olun! Bu gün sizinlə illər öncə başladığımız bir söhbəti davam etdirmək istəyirəm. Yadınızdadırmı, o vaxt çap olunmayan söhbətimiz?

- Əlbəttə, unutmamışam, o dövr üçün bu cavan yazarlar üçün çox ciddi bir addım idi.

- O vaxt söhbətimiz teatr tamaşaçı, teatr repertuar, teatr həyat problemlərinə həsr olunmuşdu siz iddia edirdiniz ki, insanın yaşamasını şərtləndirən 3 mənəvi amilin üçünü özündə etiva edən məhz teatrdır. Teatr bizə İNAM, SEVGİ ÜMİD aşılayır. əsaslandırdınız da qənaətinizi: tamaşaçı səhnədə baş verənlərin yazıçının, dramaturqun, liberetto müəllifinin, bəstəkarın təxəyyülünün məhsulu olduğunu bilsə , onu real həyat hadisəsi kimi qəbul edərək, səhnədə gördüklərinə İNANIR, oradakı obrazları, qəhrəmanları öz kumiri kimi SEVMƏK istəyir teatrın o sehirli pərdəsi onu xəyal dünyasından real aləmin gerçəkliyinə qaytaranda belə, o ÜMİDLƏ tamaşa salonunu tərk edir! Əmin olur ki, həyat gözəldir, hələ İNANMAĞA, SEVMƏYƏ ÜMİDLƏ yaşamağa dəyər!

- Əlbəttə, söhbət teatra, bədii sözə, sənətə qiymət verən insanlardan gedir! Yoxsa illər boyu şəhərin bir teatr, konsert müəssisəsinin yerini belə bilməyən, amma təəssüf ki, teatrlar haqqında fikir söyləyənlər, baxmadığı tamaşaya tənqidi münasibət bildirənlər var! Təbii ki, belələri hər vaxt olub. Amma mən bu insanlarda günah görmürəm, sadəcə onların zövqü bir qədər başqa cür formala-şır... Son illər televiziya kanallarının sayının artması, peyk vasitəsi ilə ölkəmizdə yayımlanması mümkün olan yüzlərlə kanalı evindən kənara çıxmadan izləmək imkanı çoxlarını canlı teatrın, aktyorla birbaşa təmasın ləzzətini dərk etmək hissindən məhrum edib. İndi insanların düşünmək imkanını məhdudlaşdıran, tamaşaçını primitiv məişət söhbətləri, dedi-qodu, qiybət qalmaqalları ilə ekran önündə kilidləməyə israrlı olan qruplar var ki, onların dərdi-səri yalnız reytinqdir! Məhz bu reytinq sindromuna yoluxanlar teatr, konsert, sərgi salonlarının tamaşaçıya aşılaya biləcəyi yüksək estetik duyğu hisslərin yerini ucuz bayağı şou proqramlarla doldurmağa çalışırlar. Teatra böyük önəm verən görkəmli rus yazıçısı N.Qoqol yazırdi: "Teatr elə bir tribunadır ki, bu tribunadan adamlara çoxlu yaxşılıq etmək olar".

- Razılaşın ki, ötən əsrin 70-80-ci illərinin "teatral Bakı" bu gün yoxdur.

- Bunun səbəbini araşdırmalı olsaq, kökü yenə ailələrə, məktəblərə, cəmiyyətin aparıcı qüvvəsi sayılan ziyalıların bu məsələyə biganə yanaşmasına, barmaqarası baxmasına gedib çıxır. Özü ildə bir tamaşaya baxmayan valideyn, məncə, övladının bu sahəyə marağını önəmsəməyəcək, həmçinin, məktəblilərin bədii zövqünün formalaşmasını axırıncı plana çəkib məktəblə teatr arasında bir vaxtlar mövcud olan sıx əlaqələrin üstündən bir əmrlə qələm çəkənlər gələcəyin tamaşaçısını yetişdirmək fikrindən çox uzaqdırlar. İndi hər kəs ancaq maddiyyat barədə düşünür - deyəcəksiniz. Lakin gəlin unutmayaq ki, insanın dolğun bir ömür yaşaması, həyatın ləzzətini doya-doya yaşaması üçün mənəvi qida çox vacibdir.

 - Bəlkə, biz teatrlarımızda tamaşaya qoyulan hər hansı bir əsəri hadisəyə çevirməyi, onu lazımınca təbliğ təqdim etməyi bacarmırıq! Məncə, bazar iqtisadiyyatı dövründə hər kəs öz məhsulunu reklam etməyin, necə dəyərlər, ona "müştəri" tapmağın yollarını da günün tələbləri səviyyəsində qurmağa qadir olmalıdır.

- Bizim teatrın tamaşaçı sarıdan korluq çəkmədiyini vurğulayaraq, sizin fikirlərinizlə şərik olduğumu bildirmək istəyirəm! Lakin teatr haqqında peşəkar söz, fikir deyənlərimiz, insanları teatra cəlb etmək üçün bizimlə birlikdə çalışmalı olan teatr tənqidi sanki bu gün öz yerini çox böyük səxavətlə jurnalistikaya verib. Yəni, peşəkar tənqiddən çox, jurnalist təqdimatı baş alıb gedir. Bəli, bu gün Azərbaycanda peşəkar sistemli teatr tənqidi yoxdur! İmzası teatr ictimaiyyətinə yaxşı tanış olan 2-3 nəfər peşəkar teatr tənqidçimiz var, onlar da indi daha çox elmi-pedaqoji fəaliyyətlə məşğuldurlar! Bəziləri açıq-aşkar deyir ki, bu qəzet bolluğunda bizim qeydlərimizi oxuyan onlara dəyər verən kimdir? Tamaşa haqqında informasiya xarakterli yazılar yazan qeyri-peşəkar jurnalistlər çox vaxt əsərin məzmunu özlərinin dərk etdikləri kimi şərh edir əsas ifaçıların adını çəkməklə missiyalarını yerinə yetirirlər. İnanın, bəzən teatra elə "jurnalistlər" gəlir ki, onların teatr haqında, ümumiyyətlə, anlayışları yoxdur. Ötən mövsümlərin birində dahi bəstəkarımız Üzeyir Hacıbəylinin "Arşın mal alan" operettası oynanılacaqdı. Foyedə güllə kimi üstümə şığıyıb özünü hansısa saytın müxbiri kimi təqdim edən birisi mənə sual versə yaxşıdır? "Müəllim, əsərin mövzusu nədən bəhs edir (elə beləcə deyir ha!), ssenarist kimdir, musiqisi kimindir?" İnanın ki, bu həqiqətdir. Baxın, bu qədər bəsit, gülməli ağlamalı hadisələrlə demək olar ki, vaxtaşırı bütün həmkarlarım üzləşir. Bu da bayaq sadaladığım o problemlərdən qaynaqlanır. Əgər bu gəncin valideynləri gündəlik qayğılardan, çox yox, ayda, iki aydan bir silkinib çıxsaydılar, uşaqlarını teatra gətirsəydilər, baxdıqları tamaşanı müzakirə edib, övladlarının fikri ilə maraqlansaydılar, yaxud da təhsil müəssisələrinin rəhbərləri şagirdlərinin təkcə elmi yox, həm mənəvi, bədii-estetik tərbiyəsinə önəm versəydilər, rayonlarda qapısı ancaq rəsmi tədbirlərə açılan müasir yaraşıqlı mədəniyyət sarayları yerli gənclərin maraqlarını təmin edən dərnəklərin bərpası fəaliyyətini düşünsəydilər, əvvəlki illərdə olduğu kimi paytaxt teatrlarlarının tamaşalarının yerlərdə göstərilməsi ilə ciddi məşğul olan tapılsaydı, sizin dediyiniz "teatral Bakı" nostaljisi heç gündəmə gəlməzdi.

- Bu gün teatr onsuz da əzab çəkir, o kino televiziya ilə rəqabət aparır - bu da sizin fikrinizdir.

- Üstəlik indi elə kinoya da, televiziyaya da meydan oxuyan nəhəng bir internet şəbəkəsi fəaliyyətdədir insanlar evində, gəzintidə, istirahətdə, bilim, lap göyün yeddinci qatında uçan təyyarədə, okean sularında üzən gəmilərdə, sürət qatarlarında, avtomobildə, metroda, bir sözlə hər yerdə, istədikləri an, bir düyməyə toxunmaqla dünyanın dörd bir yanında çəkilən filmlərə, oynanılan tamaşalara, oxunan mahnılara baxmaq imkanı qazanıblar. Bu həyatın tələbidir, inkişafdır, intibahdır heç kəsi qınamaq olmaz, heç kəsə "sən belə yaşamalısan!" təlimatını vermək gülüncdür! Mən özüm evdə işə, işdən evə gedəndə mütləq internetə qoşuluram. Ölkədə dünyada baş verən hadisələrdən xəbərdar olmaq istəyirəm, saytlara baxıram, diqqətimi çəkən bəzi yazıları oxuyuram. Ancaq mən internetlə ifrat təmasın əleyhinəyəm əminəm ki, bunların heç biri insanın teatrla canlı təmasını, tamaşa salonunda yaşadığı o hissləri, duyğuları əvəz eləyə bilmir, insana o İnamı, o Sevgini, o Ümidi təqlin etmir.

- Əliqismət müəllim, mən bəzi ədəbiyyatçılar kimi, bu söhbətimizdə sitatsız danışmaq istəmirəm. Məşhur rus tənqidçisi Belinski yazıb ki: "Teatrda nemət həqiqətdən başqa, dünyada hər şeydən çox teatrı sevməyi bacaran adamlar işləməlidir!" Sizcə, indi teatrı bu yanğı ilə sevənlər çoxdur, yoxsa, daha çox para qazanmaq lüks həyat yaşamaq hayında olanlar?

- Əlbəttə, seçdiyi peşədən asılı olmayaraq hər kəs başqalarından daha gözəl yaşamaq arzusundadır. Bu, hər kəsin haqqıdır! Lakin səhnə bir başqa aləm, teatr özgə bir dünyadır! Üzünə bir dəfə qrim dəyən, alqışın dadını, tamaşaçı sevgisinin sehrini yaşayanlar bütün ömürləri boyu bu gözəl duyğuları qəlblərində qoruyub saxlamağa çalışırlar, bəzən bu ya digər səbəbdən teatrdan uzaqlaşmaq məcburiyyətində qalanlar belə, bu məhəbbəti zaman-zaman hiss edir etdirirlər, necə deyərlər, "teatrı özündə sevən" bu insanlar bizim ən sadiq tamaşaçılarımıza çevrilirlər...

(Ardı var)

 





18.11.2014    çap et  çap et