525.Az

Şükranlıq və xeyirxahlıq yolçusu


 

Şükranlıq və xeyirxahlıq yolçusu<b style="color:red"></b>

Haqqında söhbət açacağım gənc, Seyid Əsgər Seyid Əkbər oğlu Əkbərov 1976- ildə Laçın rayonunun Böyük Seyidlər kəndində dünyaya gəlib. Müstəqillik dövrü gəncliyinə xas bütün məziyyətləri özündə birləşdirən cəsarətli, əzmkar, işgüzar, müstəqil ruhlu, əqidəli vətənpərvər olan bu insan məhrumiyyətlərlə dolu bir həyat yolu keçib. Özünün dediyi kimi, 16 yaşı olanda canından çox sevdiyi Laçın torpaqları, müqəddəs doğma kəndləri mənfur erməni işğalına məruz qalıb. Digər laçınlılar kimi o da el-obasından, ev-eşiyindən ,isti yuvasından didərgin düşüb, köçkünlük həyatının məşəqqətləri ilə üzləşib.

1992-ci ildə Ağcabədiyə pənah gətirmək məcburiyyətində qalan Seyid Əsgərin ailəsi ilk vaxtlar burada çətin günlər yaşayıb, ağır anlar keçirib. Lakin yerli əhalinin yaxından köməkliyi dəstəyi sayəsində ailə tədricən özündə güc tapıb, dirçəlib, ayağa qalxmağı bacarıb.

Seyid Əsgər Ağcabədidə fəaliyyət göstərən Laçın köçkün məktəbində orta təhsilini başa vurub. 2000-ci ildə Odlar Yurdu Universitetinin Hüquq fakültəsini bitirib.Köçkünlükdə sevimli atasını itirən Seyid Əsgər ailə vəziyyəti ilə əlaqədar uzun illər fotoqraf kimi fəaliyyət göstərib, halal zəhmətlə özünə gün-güzəran yaradıb, ailə qurub, ev-eşik sahibi olub. Ə.Əkbərov son bir neçə ildir ki, kiçik biznes fəaliyyəti ilə məşğuldur. Sözlərindən belə məlum olur ki, pis dolanmır, şəraitindən narazı deyil. Buna görə həmişə şükr edir dövlətimizə minnətdarlığnı bildirir. Gənc olmasına baxmayaraq, Seyid həm laçınlılar, həm yerli sakinlər arasında çalışqanlığı, səmimi rəftarı, xeyirxahlığı ilə xətir-hörmət qazanıb. Özünün dediyi kimi, xeyirxahlıq ona babalarından miras qalıb.

Seyid Əsgər     müqəddəs bir seyid ocağına mənsubdur. Onun atası Seyid Əkbər Laçının Böyük Seyidlər kəndinin bünövrəsini qoyan Seyid Alı Xəlifənin nəslindən olan Hacı Seyid Mirəzizin nəticəsidir. Dövrünün tanınmış seyidlərindən, varlı şəxslərindən sayılan Seyid Mirəziz bütün Qafqazda məşhur olub. Təsadüfi deyildir ki, el arasında ona Qafqazlı Mirəziz deyiblər. Səxavəti xeyirxahlığı ilə fərqlənən Hacı elin böyük hörmət məhəbbətini qazanıb. Deyilənə görə, o hətta bir müddət ağır durumda olan Böyük Seyidlər  kəndi əhalisinin vergisini ödəyib. Hacı Seyid Mirəziz Paşa bəyin qaynatası olub. Onun nəvələri Seyid Əkbər Seyid Məhəmməd böyük xalq qəhrəmanı Sultan bəyin qoşunlarına sərkərdəlik ediblər.

Yeddinci imam Museyi-Kazımın nəsil şəcərəsindən olan Seyid Əsgərin Qarabağın məşhur seyidləri, Seyid Füqara, Seyid Lazım ağa, Məşədi Muxtar ağa, Seyid Zeynalabdin ağa ilə yaxın qohumluq əlaqəsi var. Babası Seyid Əliheydər Laçında hökmlü seyid, el ağsaqqalı kimi tanınıb.

Seyid Əsgər Əkbərov bu gün öz babalarının xeyirxahlıq yolunu uğurla davam etdirir. Onun ünvanı, adı inam yerinə çevrilib. Kasıba, imkansıza, kimsəsizlərə həmişə arxa, dayaq duran, əl tutan seyid qapısını döyənləri heç vaxt naümid qaytarmır. Onun nüfuzu, köməkliyi sayəsində neçə-neçə insan işlə təmin olunub, problemlər, müşküllər həllini tapıb. Seyid Əsgər müqəddəs yerləri ziyarət etməyi unutmur. Getdiyi müqəddəs məkanlarda şükranlığını bildirir, xalqımıza, dövlətimizə xoş günlər, əmin-amanlıq diləyir. O, 2010-cu ildə Məşhəd, 2013- ildə isə Əshabi-Kəf ziyarətlərində olub. Məşhəddə İmam Rzanın ziyarətgahına gedərkən əmisi, el şairi  Mirhüseyn Seyidə şeir həsr edib:

Seyid oğlu Seyid Əsgər,

Hər niyyətin qəbul olsun.

Adəm kimi, Hatəm kimi

Səxavətin qəbul olsun.

 

Qulsan haqqa, bir sübhana,

Qul deməzlər hər insana.

Getdin Məşhəd, Xorasana

Ziyarətin qəbul olsun.

 

Mirhüseyn, can var canda,

Kəs Kəbənin qurbanın da.

Bu dünyada, haqq yanında

İbadətin qəbul olsun.

 
Ziyarətin islamda vacib şərtlərdən sayıldığını vurğulayan Seyid Əsgər gələcəkdə  Kərbəla Həcc ziyarətlərinə   getmək fikrindədir.

 





02.12.2014    çap et  çap et