525.Az

Turistlərin ən çox sevdiyi şəhərlərin siyahısı açıqlanıb


 

Turistlərin ən çox sevdiyi şəhərlərin siyahısı açıqlanıb<b style="color:red"></b>

“Reddit” mərkəzi müxtəlif ölkələrin sakinləri arasında hansı şəhərlərə səyahət etmək istədikləri barədə sorğu keçirib. Rəyi soruşanlar dünyanın 9 şəhərinin adını çəkib.

AzərTAc xəbər verir ki, sorğunun nəticələrinə görə, Xorvatiyanın Dubrovnik şəhəri siyahıda birinci yerdə gəlir.

İkinci yeri İtaliyanın paytaxtı Roma tutur. Türkiyənin İstanbul şəhəri turistlərin ən çox sevdiyi yerlər arasında üçüncü yerdə qərarlaşır. Fransanın paytaxtı Paris siyahıda dördüncü yerdədir.

Sonrakı yerləri Rio-de-Janeyro (Braziliya), Florensiya və Venesiya (İtaliya), Praqa (Çexiya) və Amsterdam (Hollandiya) şəhərləri tutur.

 





08.12.2014    çap et  çap et