525.Az

Baş Prokurorluq: "Elşad Abdullayevin yaydığı məlumatlar obyektiv araşdırılacaq"


 

Baş Prokurorluq: "Elşad Abdullayevin yaydığı məlumatlar obyektiv araşdırılacaq"<b style="color:red"></b> Azərbaycan Baş Prokurorluğu fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayev tərəfindən kütləvi informasiya vasitələrində yayımlanmış audio və video materiallarla bağlı mövqeyini bildirib.

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov Trend-in sorğusuna cavab olaraq bildirib ki, Elşad Abdullayev tərəfindən kütləvi informasiya vasitələrində yayımlanmış, həmçinin onun nümayəndəsi tərəfindən istintaq-əməliyyat qrupuna təqdim edilmiş bütün audio və videoçəkilişlər qeyd edilən cinayət işinin materiallarına əlavə edilib.

Sultanovun sözlərinə görə, həmin audio və videoçəkilişlərdə əks olunan məlumatların hərtərəfli, tam və obyektiv araşdırılmasının təmin edilməsi məqsədilə istintaq-əməliyyat qrupu tərəfindən iş üzrə zəruri istintaq hərəkətləri, o cümlədən müvafiq ekspertizalar təyin edilmiş, dindirmələr aparılmış və sair istintaq-əməliyyat tədbirləri həyata keçirilir.

Sultanov bildirib ki, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verilməklə qanunamüvafiq qərarların qəbul edilməsi təmin olunacaq və istintaqın gedişi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.
"Təəssüflə qeyd edilməlidir ki, həyata keçirilən istintaq hərəkətləri barədə məlumatların yayılmasının ibtidai araşdırmanın maraqlarına zidd olduğundan istintaq sirri təşkil edən həmin informasiyaların ictimailəşdirilməsinin yolverilməzliyi barədə kütləvi informasiya vasitələrinə xəbərdarlıqlar edilməsinə baxmayaraq bəzi KİV-lər hələ də bundan lazımi nəticə çıxarmırlar", qurum sözçüsü deyib.
 





22.11.2012    çap et  çap et