525.Az

Bakıda ən çox sıxlıq müşahidə olunan yolların siyahısı


 

Bakıda ən çox sıxlıq müşahidə olunan yolların <b style="color:red">siyahısı</b> Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) Bakı şəhərində ən çox sıxlıq müşahidə olunan yolları müəyyən edib.

NİİM-dən Trend-ə verilən məlumata görə, Heydər Əliyev, Babək (Oqtay Vəliyev küçəsi ilə kəsişmədə), Qara Qarayev (8-ci kilometr bazarının qarşısı), Tbilisi (Nəqliyyat Nazirliyinin yanı), Neftçilər, Xətai (Şərq bazarı və Yaşıl bazar tərəfdə) prospektləri, 3 mikrorayon dairəsi, Abbasqulu Ağa Bakıxanov, Rəşid Behbudov, Akademik Həsən Əliyev (Səməd Vurğun küçəsi ilə kəsişmə), Əziz Əliyev, Üzeyir Hacıbəyov, Niyazi, Yusif Səfərov (Ramiz Quliyev küçəsi ilə kəsişmə), Sakit Qocayev, Ağa Neymətulla, Abdul Vahab Salamzadə (Ziya Bünyadov prospekti ilə kəsişmə) küçələrində pik və axşam saatlarında nəqliyyatın sıxlığı müşahidə olunur.

NİİM-dən bildirilib ki, vətəndaşlar və nəqliyyat istifadəçilərinin bunu nəzərə alaraq mümkün qədər alternativ yollardan istifadə etmələri tövsiyə olunur.
 





22.11.2012    çap et  çap et