525.Az

İşğal edilmiş ərazilərdə erməni vandalizmi


 

İşğal edilmiş ərazilərdə erməni vandalizmi     <b style="color:red"></b>

Taleyinə total dövlətlərin maraqlarının toqquşduğu məkanda mövcud olmaq yazılan, bu baxımdan tarixən potensial şikar gözündə görülən Azərbaycan bütün mövcud çətinliklərin öhdəsindən gələrək artıq ikinci onilliyi adlayan müstəqilliyini yaşamaqdadır. Ancaq elə bu qədər zamandır ki, böyük bir problem bu müstəqilliyin dadını çıxarmağa israrla mane olur. Qədim əzəli türk torpaqlarındabaş qaldıranbaş aparanbaş bəlası Ermənistan dövlətininbaş planolaraq süni yaratdığı Dağlıq Qarabağ münaqişəsi  uzun illərdir ki, dövlətimizin başçısının bütün səylərinə baxmayaraq həll olunmur. Daha doğrusu, ölkə başçısı İlham Əliyevin qeyd etdiyi kimi, ikili standartlarla çıxış edən beynəlxalq təşkilatların, qurumların supergüclərə arxalanan, hazırda faktiki olaraq erməni lobbisinin hesabına əsə-əsə birtəhər ayaq üstə durmağı bacaran, terroru dövlət siyasətinə çevirən Ermənistanın dekonstruktiv mövqeyisayəsindəproblemin həllinə imkan verilmir.

Bu münaqişə ölkəmiz üçün yalnız can itkisi ilə məhdudlaşmayıb. Burada təkcə qəhrəman Vətən övladları yox, Azərbaycanın külli miqdarda maddi-mədəni, mənəvi-tarixi varidatı məhv edilib. Erməni vandalları bilərəkdən, məqsədli şəkildə işğal etdikləri ərazilərimizdə minlərlə müxtəlif statuslu abidələrimizi məhv ediblər bu vandalizm hazırda da davam etdirilir. Yazımızda işğal olunmuş ərazi vahidlərimizdən sadəcə birinin- ŞUŞAnın timsalında erməni vandalizmi sayəsində nələr itirdiyimizin miqyasına nəzər salacağıq. Amma acı da olsa unutmayaq,  bu sadəcə ŞUŞA deyib itirdiklərimizdir... İtirdiklərimiz Şuşa ilə yekunlaşmır ki...

lll

Şuşanın hər yanda vardı sorağı,
Tərifə layiqdi İsa bulağı...

Tərifli Şuşadan indi geriyə qalan yıxılmış evlər, dağıdılmış məscidlər, alınmış qalalar, erməni nəfəsi ilə murdarlanmış ziyarətgahlar, xoşbəxt Şuşanın görüntülərini saxlayan köhnə kadrlar, qoca şuşalıların əski xatirələri iyirmi ildir doğum şəhadətnaməsinə Şuşa yazılmayan, Şuşanı təsəvvür belə edə bilməyən gənc şuşalılardır...

Əsrarəngiz Şuşanın binası Nadir şahın ölümündən sonra xan elan edilən qarabağlı Pənahəli xan Cavanşir tərəfindən qoyulub. Qarabağ xanlığını düşmən hücumlarından müdafiə etmək məqsədilə 1750-ci ildə Qarabağın ən səfalı guşəsində, üç tərəfdən sıldırım qayalarla əhatə olunmuş dağ yaylasında alınmaz bir qalanın özülü qoyulur.  Pənahəli xan hasarın içərisində yeni binalar özü üçün saray inşa etdirir. Yerli əhali buranı xanın şərəfinəPənahabadadlandırır. Pənahabad əvvəllərŞişə”, sonralar isəŞuşaadlandırılmağa başlandı.

Pənahəli xan ondan sonra hakimiyyətə gələn İbrahim Xəlil xan Qarabağ xanlığının paytaxtı Şuşa şəhərini qədim orta əsrlərin şəhərsalma prinsiplərinə uyğun, yüksək səviyyədə inşa etdirmişdilər. Şəhər 17 məhəlləyə bölünürdü: Mir, Saatlı, Köçərli, Mamayı, Xoca Mərcanlı, Dəmirçi Hamam qabağı, Təzə məhəllə, Qurdlar, Seyidli, Culfalar,Toyluq (Quyuluq), Çuxur, Dördlər qurdu, Hacı Yusifli, Dörd çinar, Çöl-qala (cuhudlar).

Qarabağ xanlığı dəfələrlə İranın qonşu xanlıqların hücumlarına məruz qalıb. İranda hakimiyyəti ələ alan Ağa Məhəmməd şah Qacar 1795-ci il iyunun sonunda Qarabağa hücum edir. İbrahim Xəlil xanın 15 000 nəfər seçmə qoşunu Ağa Məhəmməd şah Qacara qarşı qəhrəmanlıqla mübarizə aparırdı. Ağa Məhəmməd şah Qacar Şuşa qalasını 33 gün mühasirədə saxladısa da, heç bir müvəffəqiyyət qazana bilməyib geri çəkilməli olmuşdu. Həşəmətli İran şahını qarşısında geri çəkilməyə məcbur edən Şuşanı quldur erməni dəstələri ram elədi. Biz Şuşanı özümüz itirdik, kürsü davasına başı qarışan başıpozuq hakimiyyətinsayəsindəüzük misalı Qarabağımızın ləli Şuşanı təslim etdik zər qədrindən bixəbərzərgərlərə... 

lll

Şuşa rayonu 1930-cu ildə təşkil edilib. Ərazisi 289 kvadratkilometrdir. Əhalisi təxminən 25 min nəfər idi. Şuşa rayonunun ərazisinə şəhərin özü ilə bərabər Malıbəyli, Yuxarı Quşçular, Aşağı Quşçular, Xəlfəli, Dükanlar, Zamanpəyəsi, Mirzələr, Qaybalı, Laçmlar, Şırlan, Çaykənd, Paşalar, Məmişlər, Xanalılar, İmamqulular, Əmillər, Səfixanlar, Xanlıq-pəyə, Allahqulular, Böyük Qala dərəsi, Kiçik Qala dərəsi, Salatın kənd, Göytala, Onverst, Turşsu, Zarıslı, Nəbilər kimi kənd qəsəbələr daxil idi.

Şəhəri əbəs yerəŞərqin konservatoriyasıadlandırmırdılar. Cabbar Qaryağdıoğlu, Qurban Pirimov, Bülbül, Seyid Şuşinski, Xan Şuşinski, Rəşid Behbudov, Üzeyir Hacıbəyov, Niyazi, Fikrət Əmirov, Süleyman Ələsgərov kimi görkəmli müğənnilərin, böyük bəstəkarların dirijorların vətəni həm şairə Xurşudbanu Natəvan, şair Qasım bəy Zakir, Azərbaycanın ilk peşəkar pedaqoqu, görkəmli maarifçi  Səfərəli bəy Vəlibəyov, böyük ədəbiyyatçı, pedaqoq Firidun bəy Köçərli, tanınmış yazıçılar Süleyman Sani Axundov, Əbdürrəhim bəy Haqverdiyev, Nəcəf bəy Vəzirov, rəssam Toğrul Nərimanbəyov, heykəltaraş Cəlal Qaryağdı başqalarını qoynundan pərvazlandırıb. Şuşa təkcə ərazi can itkisi deyil. Şuşa həm böyük bir mədəniyyət itkisidir. Şuşa böyük bir mədəniyyətin beşiyi, ocağı idi. Burada siyahıya sığmayacaq qədər tarixi-mədəni, dini abidələr var idi. Bu sıyahıya  Alban kilsəsi ilə yanaşı, Bayat, Şahbulaq PənahabadŞuşa qalaları, ikimərtəbəli karvansara (1888-1889-cu illər), İbrahim Xəlil xanın 1801-ci ildə tikdirdiyi mədrəsə kompleksi, Qarabağ xanının vəziri Mirzə Camal bəy Cavanşirin onun ailəsinin məqbərə kompleksi, Qarabağ qazisinin mülkü, XVIII əsrə aid Hacı Yusifli, Çöl Qala, Xoca Mərcanlı, Quyuqluq, Səyidli məscidləri, XIX əsrin tikililərindən Mərdinli, Culfalar, Aşağı Gövhər Ağa, Yuxarı Gövhər Ağa, Mamay, Köçərli, Malıbəyli, Qaybalı  Şırlan məscidləri, uzunluğu 8 kilometrə çatan, üzərində 17 bürcü olan qala divarı, M. P.Vaqifin poeziya evi, Xan qızı Xurşudbanu Natəvanın sarayı bulaq kompleksi, M.M. Nəvvabın mülkü, Ü. Hacıbəyovun Bülbülün ev-muzeyləri, xalça, tarix-diyarşünaslıq, Qarabağ dövlət tarixi muzeyləri, M. P. Vaqifin məqbərəsi, Turşsu qalereyası, 4 karvansara, Şahlıq körpüsü, Rəsm qalereyası, Gəncə qapısı, Şor bulaq, Nəcəfqulu ağanın mülkü, Azərbaycanda ilk realnı məktəbin binası, Əbdürrəhim ağanın evi, Zarıslıda Korun karvansarası, Təzə məhəllədə körpü, İbrahim xanın mülkü, Sadıqcanın qəsri, Uluq bəyin evi, Ağaböyük xanımın bürcü, MalıbəylidəQızlar məktəbi”, Xan qızı Natəvanın tikdirdiyiQaradam həbsxana binası, Ağabəyim ağanın qəsri, Q. Zakirin yaşadığı ev qəbirüstü abidəsi, Bəhmən Mirzə Qacarın saray kompleksi, hərəmxanası   tikdirdiyiBabhamamı, Qacarların məqbərə kompleksi, Məmməd Həsən ağanın imarəti, Qarabağ xanlığının divan kompleksi, “Dəlik-daşpilləkən kompleksi, S. Mehmandarovun Şuşadakı mülkü, Hacı Şükürün imarəti, Qədimovların mülkü kimi tarixi-memarlıq abidələri ilə yanaşı, daş kitabələr, külli miqdarda gümüş mis qablar, tanınmış ziyarətgahlardan Həzrət Əli kahası (Nəzir kahası), Həzrət Abbas şəfa ocağı, Saqqaxana Pirgah pirləri, Seyid Mirfəsih türbəsi, Ağadədəli məhəlləsində Mir Mehdi ağanın ocağı, Çuxur məhəllədə iki minarəli şəfa ocağı, Qasım ağanın ocağı, Seyyidli məhəlləsində Seyid Xəlil Seyid Əli oğlunun ocağı, Heydər türbəsi daxildir. Dağıdılanların siyahısında 279 dini, tarixi mədəni abidə yer alır.  Ermənilər Şuşada 7 məktəbəqədər uşaq müəssisəsini, 22 ümumtəhsil məktəbini, mədəni-maarif, kənd təsərrüfatı texnikumlarını, 17 klubu, 31 kitabxananı, 2 kinoteatrı, 8 muzeyi, 8 mədəniyyət evini, Şərq musiqi alətləri fabrikini, 200 tarixi abidə, 2 sanatoriya, görkəmli sənət adamlarının ev muzeyləri, 70 yerlik turist bazası,1200 yerlik internatı daha nələri, nələri dağıdıblar.

Bu sadalananlar ŞUŞAdır. Dünyanın heç bir məbləği ilə əvvəl mövcud olduğu kimi geriyə qaytarılması mümkünsüz əvəzsiz xəzinə... Böyük mədəniyyətin beşiyi Şuşa təəssüf ki, bu xəzinənin gömüldüyü məzara çevrildi. Şuşa təkcə dəlik-deşik edilmiş şəhidləri ilə deyil, həm güllələnmiş heykəlləri ilə tarixə düşdü. Bu sadaladıqlarımız sadəcə statistika deyil, bu abidələrin hər biri tarix idi, ƏLAHƏZRƏT TARİXə gömülən tarix... bir daha ağrıyla xatırlayaq ki, bu itirdiklərimiz sadəcə Şuşada itirdiklərimizdir. Axı erməni vəhşiliyinin vandalizminin hədəfinə çevrilən Xankəndimiz, Əsgəranımız, Martunimiz, Mardakertimiz, Hadrutumuz, Laçınımız, Kəlbəcərimiz, Ağdamımız, Cəbrayılımız, Füzulimiz, Qubadlımız, Zəngilanımız... da var. Varmı? Bu gün adları çəkilənbizim ellər yerindəmi?” O yurdlarda törədilən erməni vandalizminin həqiqi miqyasını təsvir etməyə on belə yazı da yetməz.

lll

Prezident İlham Əliyev münaqişənin dinc yolla həllinə tərəfdar olduğunu dəfələrlə bəyan edib: “Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz ərazisidir bu, bütün beynəlxalq təşkilatlar tərəfindən qəbul olunub. Dağlıq Qarabağ ayrıca bir ölkə kimi heç bir dövlət tərəfindən qəbul olunmayıb. Biz bu sahədə böyük diplomatik səylər görürük. Biz iqtisadiyyatımızı gücləndiririk. Əminəm ki, bütün bu amillər bizə öz suverenliyimizi, ərazi bütövlüyümüzü bərpa etməyə imkan verəcək. Münaqişə yalnız beynəlxalq hüququn norma prinsipi əsasında, Helsinki Yekun Aktı əsasında həll olunmalıdır. O aktda qeyd olunub ki, ərazi bütövlüyü prinsipi xalqların öz müqəddəratını təyin etmək prinsipi ilə ziddiyyət yaratmamalıdır xalqların öz müqəddəratını müəyyən etmək hüququ ərazi bütövlüyü prinsipi çərçivəsində həll olunmalıdır”. Lakin ölkə başçısı lazım gələcəyi təqdirdə güclü orduya malik Azərbaycanın hərb yolu ilə öz ərazi bütövlüyünü bərpa edəcəyini istisna etmir. Bu gün məlum münaqişə ilə əlaqədar BMT-nin 4 qətnaməsinə, AŞPA-nın NATO PA-nın Riqa sammitində qəbul olunmuş sənədlərinə məhəl qoymayan Ermənistan işğalçılıq siyasətini bunun nəticəsi olaraq vandalizmi davam etdirir. Deməli, sülhdən anlamayan israrla onunla öz dilində danışılmasını istəyir. Ölümünə susayan keçi dəyənək misalı...

lll

Azərbaycanın ümummilli lideri Heydər Əliyev  çıxışlarının birindəŞuşasız, Ağdamsız, ümumiyyətlə, Qarabağsız Azərbaycan yoxdurdemişdi. Hazırda dövlət siyasəti səviyyəsində müdafiə edilən bu məntiqə dayaqlanaraq erməni quldurlarının törətdikləri siyasi, mənəvi, mədəni genosidlərə, vəhşiliklərə, vandalizmə baxmayaraq gec-tez bütöv, Qarabağlı Azərbaycanın varlığına inanıram. Bu sadəlövh inam deyil, güclü dövlətçilik ənənələrinə malik ölkəmizin liderinin məqsədyönlü siyasətinə ədalətin gec-tez bərpa olunacağına əsaslanan inamdır. 

Sevinc  MÜRVƏTQIZI

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim olunur

 

 





22.11.2012    çap et  çap et