525.Az

Mərkəzi küçələrdən birində təmir-tikinti işləri aparılır


 

Mərkəzi küçələrdən birində təmir-tikinti işləri aparılır<b style="color:red"></b> Bakının mərkəzi küçələrindən birində təmir-tikinti işləri aparılır.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən Trend-ə verilən məlumata görə, Şərifzadə küçəsinin (Kaktus restoranının yanından) İ.Zülalov küçəsi ilə kəsişməyədək olan hissəsi yolda aparılan təmir-tikinti işləri səbəbindən bağlıdır.

Şərifzadə küçəsinin İ.Zülalov küçəsi ilə kəsişməsindən Nazim Hikmət küçəsi ilə kəsişməyədək olan hissəsində təmir-tikinti işləri tamamlanıb və yol sürücülərin istifadəsinə verilib.
 





23.11.2012    çap et  çap et