525.Az

Sabah hava necə olacaq?


 

Sabah hava necə olacaq?<b style="color:red"></b> Bakıda və Abşeron yarımadasında dekabrın 25-də hava şəraitin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az- verilən məlumata görə, səhər və axşam bəzi yerlərdə zəif duman olacaq. Şimal-qərb küləyi səhər mülayimləşəcək.

Günün ikinci yarısında arabir güclənən cənub-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 3-6, gündüz 9-14 dərəcə isti olacaq.
 
Bölgələrdə sabah əsasən yağmursuz hava şəraiti müşahidə olunacaq. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Aran rayonlarında gecə 0-5, gündüz 9-14 dərəcə isti olacaq. Dağlıq rayonlarda gecə 3-8 dərəcə şaxta, gündüz 5-10 dərəcə isti olacaq.
 
Yaxın 2-3 gün ərzində ölkədə küləkli hava şəraiti davam edəcək.
 





24.12.2014    çap et  çap et