525.Az

Azərbaycanda ilk regional radiostansiya açmaq istəyənlər məlum oldu


 

Azərbaycanda ilk regional radiostansiya açmaq istəyənlər məlum oldu<b style="color:red"></b>

Azərbaycanda 93.3 MHz işçi tezliyində Gəncə və ətraf əraziləri əhatə edəcək ilk regional radio kanalının açılması üçün elan edilən müsabiqəyə sənəd verən hüquqi şəxslərin adı açıqlanıb.

Milli Televiziya və Radio Şurasının (MTRŞ) Aparat rəhbəri Toğrul Məmmədovun APA-ya verdiyi məlumata görə, müsabiqəyə 3 regional televiziya sənəd verib. Bunlar Gəncədə yerləşən “Kəpəz TV”, Yevlaxda yerləşən “El TV” və Tovuzda yerləşən “Türkel TV”-dir. T. Məmmədov bildirib ki, qanunvericilik regional televiziyalara regional radio üçün elan edilən müsabiqədə iştirak etmək hüququnu verir.
 
Qeyd edək ki, müsabiqənin nəticələri sənəd qəbulu başa çatandan sonra keçən 1 ay ərzində - dekabrın 22-dək elan olunacaq.

 





23.11.2012    çap et  çap et