525.Az

Yeni il gecəsi qar yağacaq


 

Yeni il gecəsi qar yağacaq<b style="color:red"></b>

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti bayram günlərində gözlənilən ilkin hava proqnozunu açıqlayıb.

Departamentdən Lent.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında dekabrın 31-də hava şəraitinin küləkli və bir qədər soyuq keçəcəyi, dəyişkən buludlu olacağı, arabir tutulacağı ehtimal olunur.

Havanın temperaturunun səhər və gündüz 4-6, axşam 2 dərəcəyə yaxın isti olacağı gözlənilir. Yanvarın 01-də soyuq, küləkli hava şəraitinin davam edəcəyi, temperaturun gündüz saatlarında 1-3 dərəcə isti olacağı, axşama doğru isə 0 dərəcəyə yaxınlaşacağı gözlənilir. İlkin ehtimala görə Abşeron yarımadasında yağıntının sulu qara keçəcəyi istisna olunmur.
 
Azərbaycanın rayonlarında dekabrın 31-də günün ikinci yarısında əsasən şimal və şərq rayonlarından başlayaraq hava şəraitinin yağıntılı keçəcəyi, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Yanvarın 01-də hava şəraitinin əksər rayonlarda yağıntılı olacağı, bəzi rayonlarda sulu qara keçəcəyi, dağlıq və dağətəyi rayonlarda qar yağacağı ehtimal olunur.
 
Yaxın günlərdə bir daha dəqiqləşdirilmiş məlumat təqdim olunacaq.
 

 





26.12.2014    çap et  çap et