525.Az

Azadlıq Radiosunun əməkdaşları prokurorluğa çağırılır


 

Azadlıq Radiosunun əməkdaşları prokurorluğa çağırılır<b style="color:red"></b> Dekabırın 27-28-də  Azadlıq Radiosunun Bakı Bürosunun bəzi əməkdaşları ifadə vermək üçün istintaqa dəvət olunublar.
 
Lent.az-ın xəbərinə görə, bu barədə radionun saytında xəbər verilib.

Məlumata görə, Azadlıq Radiosunun əməkdaşları Kamran Mahmudov, Mətanət Abdinova, Cingiz Sultansoy, Vüsalə Mehdiyeva istintaqa şahid qismində cəlb olunublar. Onlardan bəzilərini istintaqa polis gətirib.
 
Radionun əməkdaşı, aparıcı Kamran Mahmudov sosial şəbəkədə Yasamal rayon Prokurorluğunda ifadə verdiyini və artıq prokurorluqdan çıxdığını qeyd edib.
 
Radionun vəkili Yalçın İmanov özü də şahid olduğu üçün, o vəkil kimi prosesdən kənarlaşdırılıb və istintaqa ifadə verib.
 





29.12.2014    çap et  çap et