525.Az

"İmam Hüseyni siyasi alətə çevirmək olmaz"


 

"İmam Hüseyni siyasi alətə çevirmək olmaz"<b style="color:red"></b>

Məlum olduğu kimi, noyabrın 25-ni dünyanın şiə müsəlmanları Aşura gününü qeyd edəcəklər.

Məhərrəm ayında, xüsusən aşurə günü izdihamdan istifadə edən bir çox radikal qrupların xoşagəlməz hərəkətlərə yol verməsi ayrı-ayır ölkələrdə hər il baş verən hadisələrdən birinə çevirilib. Bəzi mətbu orqanlarında yer alan informasiyalara görə, ölkəmizdə də bu kimi təxribatçı hərəkətlərə yol vermək istəyən qüvvələr var.

525.az-ın məlumatına görə, məsələyə münasibət bildirən Qarabağ Seyid Ocaqlarının təmsilçisi, şərqşünas Seyid Camal Əzimbəyli müsəlmanları təxribatçı hərəkətlərə yol verməməyə çağırıb. Onun sözlərinə görə, müsəlmanların faciəsi hesab edilən bu gün ərzində xoşgəlməz hərəkətlərə imkan verilməməlidir: «Hesab edirəm ki, heç bir müsəlmanın hansısa qara qüvvələrin təxribatçı hərəkətlərə yol verməsinə imkan verməməlidir. Mən müsəlman bacı və qardaşlarımıza Qarabağ Seyid Ocaqları, İmam Hüseyn qiyamını doğuran səbəbləri dərk edən, özü də İmam Hüseyn nəslindən olan insanların adından müraciət edərək bildirirəm ki, Azərbaycanımızın bütövlüyü naminə, Qarabağımızın işğaldan azad olunması naminə bir olmalıyıq və İmam Hüseyni siyasi alətə çevirməməliyik».

C.Əzimbəyli onu da vurğulayıb ki, Azərbaycanı İraqa, Hindistana, Pakistana çevirmək istəyən, ölkəmizdə dinlər və təriqətlərarası münasibətləri qızışdırmaq istəyən qüvvələr mövcuddur. O, bu qüvvələrə qarşı birgə mübarizə aparmağın zəruriliyin önə çəkərək bunları söyləyib: «Peyğəmbərimiz buyurur ki, Vətəni sevmək imandandır. İmanlı şəxslərin bu kimi məsələlərdə dövlətə dəstək olması vacibdir. Biz Qarabağ şəhidlərini yad etməliyik. Dövlətçiliyimiz naminə bir olmalıyıq. Və bu kimi təxribatçı amillərə qarşı birgə mübarizə aparmalıyıq».
C.Əzimbəylinin sözlərinə görə, hökumətdən narazı olan qüvvələr belə buna görə təxribatçı hərəkətlərə yol verilməməlidir. Onun fikrincə, Aşura günüdən istifadə etməklə hansısa xoşagəlməz hərəkətlərə yol verilməsi yolverilməzdir: «Bu gün hamını həmrəy olmağa və «düşmən dəyirmanına» su səpməməyə çağırıram».

AQİL

 





23.11.2012    çap et  çap et