525.Az

Sabah hava necə olacaq?


 

Sabah hava necə olacaq?<b style="color:red"></b> Bakıda və Abşeron yarımadasında yanvarın 6-da hava şəraitinin gün ərzində dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova Lent.az-a bildirib ki, səhər və axşam bəzi yerlərdə duman olacaq. Arabir güclənən şimal-qərb küləyi günün ikinci yarısında  mülayim cənub küləyi ilə əvəz olunacaq.
 
Havanın temperaturu gecə 3-5, gündüz 8-12 dərəcə isti olacaq.
 
Sabah rayonlarda əsasən yağmursuz hava müşahidə ediləcək. Cənub-qərb küləyi dağlıq ərazilərdə güclənəcək.
 
Aran rayonlarında sabah gecə 0-5, gündüz 11-16 dərəcə isti, dağlıq rayonlarda gecə 2-7 şaxta, gündüz 3-8 dərəcə isti olacaq. Küləkli hava şəraiti iki gün ərzində davam edəcək.
 





05.01.2015    çap et  çap et