525.Az

“Nizami” stansiyasında eskalator təmirə dayandırılır


 

“Nizami” stansiyasında eskalator təmirə dayandırılır<b style="color:red"></b> Bakı Metropoliteninin “Nizami” stansiyasında fəaliyyət göstərən 3 saylı eskalator əsaslı təmirə dayandırılır.

Metropolitendən Lent.az-a verilən məlumata görə, bununla bağlı bütün hazırlıqlar görülüb:

“Yanvarın 8-dən təmirə dayandırılacaq eskalatorun bütün hissələri söküləcək. Fevralın 7-dək eskalatorun yenidən istifadəyə verməsi planlaşdırılır”.
 
Məlumatda bildirilir ki, 3 saylı eskalatorun əsaslı təmirə dayandırılması planlaşdırılmış işlər çərçivəsində həyata keçirilir. Hər bir eskalator müəyyən edilmiş yürüş məsafəsini tamamladıqdan sonra cari və əsaslı təmirə dayandırılır.
 
“Bakı Metropoliteni” QSC yaranacaq narahatçılığa görə sərnişinlərdən üzr istəyir.
 





07.01.2015    çap et  çap et