525.Az

Nazirlik xəbərdarlıq edir


 

Nazirlik xəbərdarlıq edir<b style="color:red"></b> Yanvarın 8-i Abşeron yarımadasında ötən günlə müqayisədə hava şəraitinin çox kəskin dəyişəcəyi, havanın temperaturunun 10-15 dərəcə aşağı düşəcəyi, güclü xəzri küləyi fonunda soyuq diskomfort şəraitin güclənəcəyi və  çovğun ehtimalı əksər əhali üçün çox əlverişsizdir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə, belə hava şəraitində uzun müddət açıq havada qalmaq məsləhət deyil. Yanvarın 9-u gündüz və yanvarın 10-da soyuq diskomfort şəraitin davam edəcəyi gözlənilsə də, meteoroloji amillərin mülayim tərəddüdü fonunda oksigenlə zəngin və  təmiz hava şəraitinin üstünlüyü müsbət amildir. 
 
Nazirliyin xəbərdarlığına görə, Bakıda və Abşeron yarımadasında yanvar ayının 7-si gecəyə doğru hava şəraitinin kəskin dəyişəcəyi gözlənilir. Yanvarın 8-9-da havanın temperaturu ötən günlə müqayisədə 10-15 dərəcə aşağı düşəcək. Yanvarın 8-də, 9-u gecə və səhər saatlarında yağıntılı olacağı, qar yağacağı gözlənilir. Yanvarın 8-də şimal küləyinin şiddətlənəcəyi və çovğun olacağı ehtimalı var.

Havanın temperaturu yanvarın 8-də gündüz 0 dərəcəyə yaxın, axşama doğru 2 dərəcəyədək şaxta, yanvarın 9-u gün ərzində 0 dərəcəyə yaxın, yanvarın 9-10-da gecə saatlarında 1-4 dərəcə şaxta olacağı gözlənilir.
 





07.01.2015    çap et  çap et