525.Az

“Həsən bəy Zərdabi – 170” elektron bazasının təqdimatı keçirilib


 

“Həsən bəy Zərdabi – 170” elektron bazasının təqdimatı keçirilib<b style="color:red"></b>

Milli mətbuatımızın banisinə həsr olunmuş Həsən bəy Zərdabi – 170” elektron bazasının təqdimatı keçirilib

Mədəniyyət Turizm Nazirliyi M.F.Axundov adına Milli Kitabxana ilə birgə milli mətbuatımızın banisi Həsən bəy Zərdabinin anadan olmasının 170 illik yubileyinə həsr edilmiş tədbir keçirib. TədbirdəHəsən bəy Zərdabi – 170” adlı elektron məlumat bazasının təqdimatı geniş kitab sərgisinin açılışı olub.

 Tədbiri Milli Kitabxananın direktoru Kərim Tahirov açaraq bu gün Həsən bəy Zərdabi işığına yığışanları ürəkdən salamlayıb yubilyarın mətbuat tariximizdəki müstəsna rolundan danışıb.

Mədəniyyət turizm naziri Əbülfəs Qarayev çıxışında Azərbaycan mətbuatının yaranmasında Həsən bəy Zərdabinin əvəzsiz xidmətləri olduğunu deyib: “Çar senzurasının hökm sürdüyü bir dövrdə Azərbaycan dilində qəzet nəşr etdirmək çox ağır bir idi. Lakin Həsən bəy Zərdabi bu ağır işin öhdəsindən ləyaqətlə gəlib. Azərbaycan xalqı Zərdabinin əməyini həmişə yüksək tutub. Prezident İlham Əliyevin xalqımızın mədəni-ictimai fikir tarixinə dəyərli töhfələr vermiş Həsən bəy Zərdabinin 170 illik yubileyinin layiqincə keçirilməsi məqsədi ilə imzaladığı Sərəncam bunun əyani sübutudur”.

Mətbuat Şurasının sədri Əflatun Amaşov çıxışında H. Zərdabinin həyat yaradıcılıq yolundan söz açıb.

Azərbaycan Jurnalistlər Birliyinin sədri, “Ayna”, “Zerkaloqəzetlərinin baş redaktoru Elçin Şıxlı doğma ana dilində qəzetə böyük ehtiyac olduğunu dərk edən Həsən bəy Zərdabinin qəzet çap etmək üçün hökumətə müraciət etdiyindən, onun xeyli zəhmətdən, əzab-əziyyətdən sonra 1875-ci ilin 22 iyulunda Bakıda qubernatorun mətbəəsində Azərbaycan dilindəƏkinçiqəzetinin nəşrinə müvəffəq olduğundan, bu mətbu orqanla milli mətbuatımızın əsası qoyulduğundan, 1875-ci ilin 22 iyulundan 1877-ci ilin 29 sentyabrına qədər çapını davam etdirənƏkinçinin ayda iki dəfə 300-400 tirajla nəşr olunduğundan, bu illər ərzində qəzetin 56 nömrəsinin çıxdığından danışıb.

Millət vəkili, yazıçı Aqil Abbas məhz Həsən bəy Zərdabinin sayəsində bugünkü mətbuatımızın mövcudluğunu, meydana gəldiyini diqqətə çatdırıb.

BDU-nun Jurnalistika fakültəsinin dekanı, professor Şamil Vəliyev, professor Cahangir Məmmədli, “Xalq qəzetinin baş redaktor müavini Tahir Aydınoğlu çıxışlarında yubilyarın həyat yaradıcılıq yoluna nəzər salıblar: “Həsən bəy Məlikov (Zərdabi) 1837-ci il iyunun 28- keçmiş Göyçay qəzasının Zərdab kəndində anadan olub. Həsən bəy ilk təhsilini mollaxanada alıb, sonra Şamaxı qəza məktəbində oxumuş, orta təhsilini isə Tiflisdə tamamlayıb. 1861-ci ildə Moskva Universitetinə daxil olan Həsən bəy Zərdabi dörd il sonra həmin universitetin təbiyyət-riyaziyyat fakültəsini bitirib.

Ali təhsil ocağında oxuduğu müddətdə Həsən bəy tələbələr arasında xüsusi olaraq seçildiyinə görə fakültəni əla qiymətlərlə başa vurduqdan sonra elmi üçün universitetdə saxlanılıb. Lakin Vətəninə, doğma Azərbaycanına olan sonsuz məhəbbəti, xalqına, millətinə xidmət etmək arzusu bu gənc, perspektivli müəllimi Azərbaycana çəkib gətirdi. Bir müddət Tiflisdə qulluq edəndən sonra Qubada məhkəmədə işləyən Zərdabi daha sonra Bakıya gələrək burada rusca orta məktəbdə təbiətdən dərs deməyə başladı.

Gündəlik həyatında işində xalqla sıx bağlı olan Zərdabi asudə vaxtlarını xalq arasında keçirir, uşaqları yeniyetmələri elmə, mədəniyyətə, maarifə həvəsləndirirdi. Onun apardığı təbliğatın köməyi ilə Bakı gimnaziyasında oxuyan tələbələrin sayı az bir zamanda xeyli çoxalmışdı. Həsən bəy Zərdabinin yaratdığıƏkinçiqəzetinin dəsti-xətti əsasən bir ideya üzərində qurulmuşdu. Zərdabi onunla birlikdə bu qəzetdə çalışan bir sıra maarifpərvər, demokratik naşirlər Şərqin geriliyini, ətalət süstlüyünü həqiqi azadlığın olmamasında görürdülər. Onlar öz sözlərini dolayı yolla olsa belə, bu qəzet vasitəsi ilə xalqa çatdıra bilirdilər. O dövrdə xalqın başa düşəcəyi sadə dildə yazılan bu qəzetdə belə fikirlərin səslənməsi Azərbaycanı əsarət altında saxlayan imperiya məmurlarını ciddi narahat edirdi. İlk mətbu orqan kimiƏkinçiöz əsas ideyasına uyğun olaraq incəsənət ədəbiyyata da aid yeni demokratik tələblər irəli sürürdü. Azərbaycanın böyük dramaturqu Nəcəf bəy Vəzirov köhnə şeirlərlə yanaşı, şairləri müasir həyatdan yazmağa, xalqı cəhalət qəflət yuxusundan ayıltmağa, müasir ruhda tərbiyə etməyə çağırırdı. Bununla Zərdabinin səsinə Azərbaycanın bir çox görkəmli, maarifpərvər insanları səs verirdi. Təbii ki, bu cür demokratik məqalələrindən sonra çarizmin diqtəsi ilə özləriniziyalısayan bəzi üzdəniraq insanlar yerbəyerdənƏkinçinin üzərinə hücuma keçdilər.

1877-ci il sentyabrın 29-daƏkinçiöz nəşrini dayandırmağa məcbur oldu. Maarifçi demokratik ideyaların carçısı olanƏkinçirealist ədəbiyyatımızın inkişafında müstəsna xidmətlər göstərdi. Məhz buna görə belə tərəqqipərvər qəzet mürtəce, işğalçı bir rejimin əsarəti altında çox yaşaya bilmədi. Milli mətbuatımızın ilk qaranquşu olan bu qəzet iki illik ömür yaşasa da xalqın milli müasir ruhda tərbiyə olunmasında çox böyük rol oynadı”.

Milli Kitabxananın əməkdaşları tərəfindən hazırlanmışHəsən bəy Zərdabi – 170” adlı elektron məlumat bazası tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb.

Sonda tədbir iştirakçıları Həsən bəy Zərdabinin bütün həyat yaradıcılığını özündə əks etdirən geniş sərgi ilə tanış olublar.

Sevinc MÜRVƏTQIZI

 





25.11.2012    çap et  çap et