525.Az

Liviyada ABŞ səfiri öldürüldü (YENİLƏNİB)


 

Liviyada ABŞ səfiri öldürüldü (YENİLƏNİB)

Bu gün Liviyanın Benqazi şəhərindəki ABŞ konsulluğuna hücum nəticəsində bu ölkənin səfiri öldürülüb.

Səfir Kristofer Stevensdən başqa üç səfirlik əməkdaşı da həlak olub.

525.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, Liviya və Misirdə sələfilər İslamı təhqir edən bir filmə etiraz üçün ABŞ səfirliklərinə hücum ediblər. ABŞ dövlət katibi Hilari Klinton basqından sonra bir səfirlik əməkdaşının öldüyünü desə də, sonradan məlum olub ki, yanğından xilas edilən səfir və digər işçilər tüstüdən zəhərlənərək ölüblər.

Artıq cənazələr Benqazi şəhərinin hava limanına aparılıb.

 





12.09.2012    çap et  çap et