525.Az

ABŞ-dan Fransa ilə bağlı açıqlama


 

ABŞ-dan Fransa ilə bağlı açıqlama<b style="color:red"></b>

Yanvar ayının 11-də Parisdə keçirilən antiterror yürüşündə dünya siyasi liderləri də iştirak edib. ABŞ-dan isə yüksək səviyyəli rəsmilərdən heç kim bu mitinqə qatılmayıb. 

Modern.az saytının xarici KİV-ə istinadən verdiyi xəbərə görə Ağ Ev sözçüsü Coş Ernest bildirib ki, Parisdəki Respublika meydanında təşkil edilən yürüşə ABŞ-ın yüksək səviyyəli şəxslərinin qatılmamaları bir xəta olub. 

Qeyd edək ki, antiterror mitinqində ABŞ-ın Fransadakı səfiri Cein Huntlei iştirak edib. ABŞ rəhbərliyindən heç kimin mitinqə qatılmaması isə dünya mətbuatında tənqid edilib. 

 





13.01.2015    çap et  çap et