525.Az

Kuba bütün dissidentləri azadlığa buraxıb


 

Kuba bütün dissidentləri azadlığa buraxıb<b style="color:red"></b> Kuba hökuməti ABŞ-ın siyahısında olan bütün dissident məhbusları həbsdən azad edib.
 
APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, Kuba hökuməti ölkə həbsxanalarında olan 53 dissidenti azadlığa buraxıb və bu barədə Vaşinqtonu məlumatlandırıb.
 
Bu addım ABŞ-la diplomatik əlaqələrin bərpası haqda bu yaxınlarda əldə olunan razılığa əsasən atılıb.

Həbsdən buraxılanların arasında “Amnesty İnternational” təşkilatının “vicdan məhbusu” saydığı tanınmış fəallar, mədəniyyət xadimləri də var.

Hüquq müdafiəçiləri həmin şəxsləri siyasi məhbus saysa da, Kuba hakimiyyəti onların müxtəlif qanun pozuntuları əsasında həbs olunduğunu bildirirdi. 
 





13.01.2015    çap et  çap et