525.Az

Rusiyada rublun kursu yenidən aşağı düşməyə başlayıb


 

Rusiyada rublun kursu yenidən aşağı düşməyə başlayıb <b style="color:red"></b>

Bu gün Moskva birjasının açılmasından sonra rublun kursu yenidən aşağı düşməyə başlayıb.

APA-nın RBK-ya istinadən verdiyi məlumata görə, 1 avro 76,24 rubl, 1 dollar isə 64,98 rubl olub. Bir qədər sonra avro 77,08 rubla, dollar 65,05 rubla yüksəlib. Halbuki yanvarın 12-də birja bağlanarkən avro 74,68 rubl, dollar 63,17 rubl idi.
 
Rublun dəyərsizləşməsi neftin qiymətində azalma tendensiyasının davam etməsi ilə əlaqələndirilir. Dünya bazarında Brent markalı neftin qiyməti artıq 45 dollar səviyyəsinə enib.

 





13.01.2015    çap et  çap et