525.Az

Hüsnü Mübarək barəsində çıxarılmış hökm ləğv edilib


 

Hüsnü Mübarək barəsində çıxarılmış hökm ləğv edilib<b style="color:red"></b>

Misir məhkəməsi sabiq prezident Hüsnü Mübarək barəsində çıxarılmış hökmü ləğv edib.

APA-nın “Frans Press”ə istinadən verdiyi məlumata görə, müvafiq məhkəmə işi ilə əlaqədar təkrar baxış təyin olunub.
 
Yeni məhkəmə prosesinin nə vaxt başlayacağı bəlli deyil. 
 
Qeyd edək ki, 2014-cü ilin may ayında məhkəmənin qərarı ilə H. Mübarək dövlət büdcəsindən 14 mln. dolların mənimsənilməsi ilə əlaqədar 3 il həbs müddətinə məhkum edilib.
 
Hazırda 86 yaşlı H. Mübarək Qahirənin hərbi hospitallarından birində müalicə alır.

 





13.01.2015    çap et  çap et