525.Az

Merkel Berlində müsəlmanlarının mitinqinə qatılacaq


 

Merkel Berlində müsəlmanlarının mitinqinə qatılacaq<b style="color:red"></b> Almaniyanın federal kansleri Angela Merkel, vitse-kansler Siqmar Qabriel və bir sıra siyasətçilər ölkənin müsəlman təşkilatları tərəfindən təşkil olunan yürüşə qatılacaq.
 
APA-nın “Bloomberg” agentliyinə istinadən verdiyi məlumata görə, bu gün axşam saatlarında Berlində baş tutacaq yürüşə yəhudi icmasının nümayəndələri də dəvət olunub. Yürüşün məqsədi Almaniyada dini tolerantlığı təbliğ etməkdir. Ötən gün Drezdendə anti-İslam yürüşünə 25 mindən çox insanın qatılması Almaniya rəhbərliyini də narahat edib və Merkel müsəlman icmasına dəstək verməyi qərara alıb.
 
“Məhrumiyyət və qorxudan bizə pənah gətirən, müdafiəyə ehtiyacı olan insanlar burda ləyaqətli davranışa layiqdirlər. Biz fundamental və konsitusiyon dəyərlərimizi sual altına salan hər şeyə qarşı olmalıyıq”, - deyə A.Merkel bildirib.
 





13.01.2015    çap et  çap et