525.Az

ABŞ Ərdoğana qarşı çıxdı


 

ABŞ Ərdoğana qarşı çıxdı<b style="color:red"></b>

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın İsrailin baş naziri Benyamin Netanyahunu Parisdəki antiterror yürüşünə qatıldığı üçün tənqid etməsi ABŞ-ın narazılığı ilə qarşılanıb.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ Dövlət Departamentinin sözçüsü Marie Harf Rəcəb Tayyib Ərdoğanın fikirlərinə qarşı olduqlarını bildirib. “Biz buna qarşıyıq”,-deyə Marie Harf söyləyib.

Dövlət Departamentinin rəsmisi deyib ki, Türkiyə rəhbərinin açıqlamasına diqqətlə baxıldıqdan sonra bu barədə daha geniş açıqlama veriləcək. Marie Harf “Charlie Hebdo” satirik jurnalının yenidən Məhəmməd peyğəmbərin karikaturalarını dərc etməsinə də münasibət bildirib.

Onun sözlərinə görə ABŞ sözügedən mətbu orqanın bundan sonrakı addımlarını dəstəkləyəcək. “Hər kəsin şəxsi düşüncəsi var. Biz “Charlie Hebdo”nun bu cür karikaturalar yayımlaması haqqını birmənalı olaraq dəstəkləyirik. Biz müsəlmanların bu cür məsələdə həssas olduğunu bilirik. Amma heç bir şey şiddəti, nifrəti haqlı saymır. Heç bir şey ifadə azadlığının önündə durmamalıdır”,-deyə Marie Harf qeyd edib. 

Qeyd edək ki, Rəcəb Tayyib Ərdoğan İsrailin baş naziri Benyamin Netnayahunu Parisdəki yürüşə qatılmasını, Qəzzədəki insan ölümlərini əsas gətirərək  kəskin tənqid edib. Türkiyə lideri  “sən hansı üzlə ora getmişdin?!” deyib. 

 





14.01.2015    çap et  çap et