525.Az

Yerli icra hakimiyyəti orqanlarının “elektron hökumət” portalına qoşulmasına başlanılır


 

Yerli icra hakimiyyəti orqanlarının “elektron hökumət” portalına qoşulmasına başlanılır<b style="color:red"></b> Hazırda elektron hökumət portalına 46 mərkəzi icra hakimiyyəti orqanı qoşulub.
 
"APA-Economics"in məlumatına görə, bu haqda rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə açıqlama verib.
 
Nazir müavini deyib ki, növbəti mərhələdə isə yerli icra hakimiyyəti orqanlarının qoşulması gözlənilir: “Yerli icra hakimiyyəti orqanlarının bu portala inteqrasiya olunmasına elektron hökumətin inkişafında növbəti mərhələ kimi baxılır”.
 
E. Vəlizadə hazırda bu istiqamətdə hazırlıq işlərinin aparıldığını bildirib.
 





14.01.2015    çap et  çap et