525.Az

Bakıda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının tədbiri keçirilib


 

Bakıda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının tədbiri keçirilib<b style="color:red"></b>

Dünən Bakıda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) Parlament Məclisinin (PM) Mədəniyyət, təhsil və sosial məsələlər komitəsinin 39-cu iclası keçirilib.

525.az-ın məlumatına görə, İclasın açılışında QDİƏT PM-in vitse-prezidenti Asəf Hacıyev iclas iştirakçılarını salamlayaraq bu tədbirin böyük əhəmiyyət kəsb etdiyi qeyd edib.

Komitənin sədri, Milli Məclisin deputatı Jalə Əliyeva açılış zamanı bildirib ki, iclasda QDİƏT-ə üzv olan dövlətlərin sosial təminat sistemində islahatların həyata keçirilməsi ilə bağlı məruzə dinləniləcək, müzakirələr aparılacaq, Baş Assambleyaya məruzəçi təyin olunacaq.

J.Əliyeva çıxışında məruzə ilə bağlı qısa məlumat verərək Azərbaycanda həyata keçirilən pensiya islahatları, əhalinin sosial təminatının gücləndirilməsi, işsizliyin aradan qaldırılması, yoxsulluğun azaldılması istiqamətində görülən işlər barədə danışdı.

Sonra “QDİƏT-ə üzv olan dövlətlərin sosial təminat sistemində islahatlar” mövzusunda Ukraynanın QDİƏT PM-də sədr müavini, Lilia Qriqoryeviç tərəfindən məruzə təqdim edilib, müzakirələr aparılıb.

Məruzədə qeyd olunub ki, dünyada baş verən qlobal maliyyə böhranı bir sıra ölkələrdə işsizlik problemi yaranıb, yoxsulluğun səviyyəsi artıb, lakin QDİƏT-ə üzv ölkələrin bəzilərində, o cümlədən Azərbaycanda sosial təminat sahəsində həyata keçirilən islahatlar nəticəsində əhalinin aztəminatlı təbəqəsinin həyat səviyyəsi yaxşılaşıb, yoxsulluğun səviyyəsi xeyli aşağı düşüb:

“Azərbaycanda əhalinin aztəminatlı təbəqəsinin sosial müdafiəsinin təminatı sahəsində ciddi islahatlar həyata keçirilib, bunun nəticəsində yoxsulluğun səviyyəsi aşağı enib, məcburi köçkünlərin müavinətinin həcmi artıb, dövlət sektorunda çalışanların məvacibi artırılıb, 2010-cu ildən isə pensiyaların baza hissəsi artıb və bu sahədə islahatlar uğurla davam edir”.

Kamil Həmzəoğlu

 





26.11.2012    çap et  çap et