525.Az

"2015-ci il Azərbaycan iqtisadiyyatı üçün o qədər də çətin il olmayacaq"


 

"2015-ci il Azərbaycan iqtisadiyyatı üçün o qədər də çətin il olmayacaq"<b style="color:red"></b>

"Dünyada ciddi iqtisadi - siyasi proseslərin getməsinə baxmayaraq, Azərbaycanda sənaye sahəsində artım olub, inflyasiya isə 1,4 faiz təşkil edib".

Belə bir açıqlama ilə Milli Məclisin İqtisadiyyat komitəsinin üzvü, deputat Vahid Əhmədov çıxış edib. O bildirib ki, Nazirlər Kabinetinin bir neçə gün əvvəl keçirilən iclasında prezident  İlham Əliyev 2014-cü ili müsbət qiymətləndirib, lakin dünya iqtisadiyyatında yaşanan problemləri nəzərə alaraq bəzi sahələrə diqqəti artırmağın vacibliyini vurğulayıb: "Azərbaycan prezidenti Nazirlər Kabinetinin 2014-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında qarşıdan gələn məsələlər üçün müəyyən müahizələrini söyləyib, o cümlədən tapşırıqlarını verib. 2015-ci il üçün qarşıda duran məqsədləri və problemləri üzə çıxardı. Dövlət başçısı vurğuladı ki, biz 2014-cü ili uğurla başa vurmuşuq. Azərbaycanda insanların gəlirləri artıb, ciddi problem olmayıb. 2015-ci il qeyd olunduğu kimi, dünyada siyasi və iqtisadi baxımdan ağır il olacaq. Neftin qiymətinin aşağı düşməsi, o cümlədən, Rusiyaya qarşı tətbiq edilən sanksiyalar və digər məsələlər bütün dünya iqtisadiyyatına müəyyən qədər öz təsirini göstərəcək".

Vahid Əhmədov 2015-ci ildə Azərbaycanda layihələrin həyata keçirilməsinə qənaət ediləcəyini, lakin sosial layihələrin hamısının yerinə yetiriləcəyini ifadə edib: "Ölkə başçısı qeyd etdi ki, layihələrin həyata keçirilməsində qənaətcil olmaq və diqqəti artırmaq lazımdır. İkinci məsələ kimi təkmilləşdirmə aparılmalıdır. Güc strukturlarında müəyyən dəyişikliklərin həyata keçirilməsinə baxmaq lazımdır və qənaət üsulundan burada da istifadə edilməlidir. Cənab prezident çıxışı zamanı qeyd etdi ki, 2015-ci ildə sosial layihələrin hamısı yerinə yetiriləcək. Sosial layihələrin həyata keçirilməsində heç bir problem olmayacaq. Lakin digər iri layihələrdən ola bilər ki, imtina olunsun. Bizim əsas iki layihəmiz olan Cənub Qaz Dəhlizi kəməri və I Avropa Oyunları yerinə yetirilməlidir. Çünki bunlar vacib layihələrdir. Cənub Qaz Dəhlizi layihəsinə 1 milyard manata yaxın, I Avropa Oyunlarına isə 1,3 milyard manat vəsait ayrılıb. Bu Azərbaycanın həm müstəqilliyi, həm də özünü tanıtması üçün əhəmiyyətlidir".

Millət vəkili qeyd edib ki, prezident çıxışı zamanı bank sektoruna da toxunub. Belə ki, 2015-ci ildə bank sektoru real sahələrə və qeyri -neft sektorunun inkişafına dəstək olmalıdır: "Prezident bank sistemi ilə əlaqədar məsələlərə də müəyyən qədər toxundu. Ölkə başçısı vurğuladı ki, bank sektoru ayrılan krediti daha çox real sektora istiqamətləndirməlidir. Çünki qeyri - neft sektorunın inkişafı Azərbaycan üçün çox böyük əhəmiyyət kəsb edir. Yəni, sənaye, kənd təsərrüfatı, turizm və insan kapitalı kimi sahələrə daha çox maliyyə ayrılmalıdır ki, Azərbaycanda qeyri -neft sektoru ilbəil inkişaf etsin. Prezident onu da qeyd etdi ki, istehlak kreditlərini saxlamaq olar. Amma daha çox diqqəti bank sektorunun, qeyri -neft sektorunu inkişaf etdirməsinə, yaxud da real sektora yönəldilməlidir. 2015-ci il Azərbaycan iqtisadiyyatı üçün o qədər də çətin il olmayacaq. Əgər neftin qiyməti kəskin aşağı düşərsə, 50 dollardan aşağı olarsa, bəzi layihələri saxlamaq olar. Lakin sosial layihələrin hamısı yerinə yetirilməlidir. Əsas məsələ manatın məzənnəsini qoruyub saxlamaqdır".

PƏRVANƏ

 





15.01.2015    çap et  çap et