525.Az

Ukraynada 20 Yanvar faciəsinin 25-ci il dönümü qeyd edilib - Fotoreportaj


 

Ukraynada 20 Yanvar faciəsinin 25-ci il dönümü qeyd edilib - <b style="color:red">Fotoreportaj</b>

Azərbaycanın Xarkov şəhərindəki fəxri konsulluğunun  təşəbbüsü ilə  Ukraynanın bir sıra  şəhərlərində 20 yanvar faciəsinin 25-ci il dönümü ilə bağlı silsilə tədbirlərin keçirilməsinə başlanılıb.

Bu baxımdan Sumı şəhərində şəhid oğul və qızlarımızın  xatirələrinə həsr olunmuş anım mərasimində        Sumı Vilayətinin qubernatoru Nikalay Kluçko,Sumı vilayətinin elm və ictimai xadimləri,deputatlar   diplomatik korpusların nümayəndələri və bir sıra xalqların  diaspora  təmsilçiləri iştirak edib.

Anım mərasiminə qatılanlar ilk öncə  20 yanvar faciəsini özündə əks etdirən sənədli filmə baxmaqla 25 il bundan öncə tatalitar sovet imperiyasının Bakıda və Azərbaycanın bir sıra şəhərlərində  günahsız insanlara qarşı həyata keçirtdiyi cinayətlərlə tanış olublar.Tədbirdə Azərbaycanın Xarkov şəhərndəki fəxri konsulu Əfqan Salmanov çıxış edərək, 1990-cı il yanvar ayının 19-dan 20-nə keçən gecə  sinələrini dövlət müstəqilliyimizə tuşlanmış  imperiya gülləsinə sipər etmiş cəsur oğul və qızlarımızın keçdiyi qəhrəmanlıq şücaətindən söz açıb.

20 yanvar  faciəsini çağdaş Azərbaycan tarixinin qəhrəmanlıq  səlnaməsi adlandıran fəxri konsul, sovet imperiyasının ölkəmizi    hər tərəfdən informasiya blokadasına alındığı   bir zamanda ümummili lider Heydər Əliyevin  Azərbaycanın Moskvadakı nümayəndəliyinə gələrək  başda Mixail Qarbaçov olmaqla  keçmiş sovet rəhbərliyinin Azərbaycanda törətdiyi   hərbi siyasi cinayətin  beynəlxalq aləmə çatdırılmasındakı tarixi xidmətlərindən danışıb .Anım mərasimində çıxış edən  Sumı Vilayətinin qubernatoru Nikalay Kloçko 25 il bunnnan  öncə Bakıda bəşəri cinayət törətmiş  keçmiş sovet rəhbərliyinin cinayət məculiyyətinə cəlb olunmasının vacibliyini   bildirib.Azərbaycanın Xarkovdakı fəxri konsulluğunun  20 yanvar faciəsi ilə bağlı Ukraynanın bir sıra vilayət və şəhərlərində təşkil etdiyi silsilə tədbirlərin tarixi əhəmiyyətindən  söz açan qubernator bildirbki,bu gün  Azərbaycan xalqı üçün həm faciə,həmdə əzimkarlıq və qəhrəmanlıq tarixidir.Həqiqətəndə o zaman Azərbaycanın qəhrəman öğul və qızları bütün dünyaya sübut etdiki ,onların  mübarizə əzmini  heç bir qüvvə sındıra bilməz. Qubernator müstəqil  Azərbaycan Dövlətinin  inkişaf edərək  dünyanın aparıcı  ölkələri arasında böyük nüfuz sahibinə çevrildiyini diqqətə çatdıraraq , ölkəmizin əldə etdiyi  böyük uğurları  Azərbaycan xalqının  dövlət başçısına olan yüksək inam və hörmətinin məntiqi nəticəsi kimi dəyərləndirib .

Anım mərasimində çıxış edən Sumı Vilayətinin deputatı  Valeri Tolbatov ,tarixçi alim Anatoli Qonçarenko ,Ukrayna Azərbaycanlıları Konqresinin Sumı Vilayət təşkilatının sədri Mehriban Salmanov   və digər şəxslər aradan 25 il ötməsinə baxmayaraq 20 yanvar faciəsini törətmiş insanlar haqqında heç bir ölçü götürülməməsini tarixi saxtakarlıq kimi qiymətləndiriblər .Bu faciənin  tək Azərbaycan xalqı üçun deyil  , ümumilikdə, insanlığa yönəlik bəşəri cinayət adlandıran natiqlər 1990-cı ildə Azərbaycan xalqına qarşı hərbi siyasi  güc tətbiq edən Mixail Qarbaçov və o dövürki rəsmi kremlin beynəlxalq məhkəmə qarşısında cavab vermələrini tələb ediblər .

Anım mərasimində  Azərbaycanın dövlət müstəqilliyi uğrunda şəhid olmuş öğul və qızlarımızın  xatirələri böyük ehtiramla yad edilib.20 yanvar faciəsinin 25-ci il dönümü ilə bağlı  Azərbaycan xalqına baş sağlığı ünvanlanıb.

Mohsüm Qədiroğlu

 





15.01.2015    çap et  çap et