525.Az

Pakistanda “20 Yanvar şəhidləri bulağı” açılıb - Fotolar


 

Pakistanda “20 Yanvar şəhidləri bulağı” açılıb - <b style="color:red">Fotolar</b>

Pakistanın Pəncab əyalətinin Qucarxan bölgəsində “20 Yanvar şəhidləri bulağı”nın açılış mərasimi keçirilib.

Azərbaycanın Pakistandakı səfirliyindən 525.az-a verilən məlumata görə, bu, Heydər Əliyev Fondunun dəstəyi və təşəbbüsü ilə baş tutub. Tədbirdə müəllimlər, tələbələr,  tanınmış ziyalılar, KİV nümayəndələri Azərbaycanın Pakistandakı səfiri və səfirliyin əməkdaşları iştirak ediblər.

İbn-e-Xaldun akademiyasının rektoru Qazi Məhəmməd İmran 25 il öncə Azərbaycanın paytaxtı Bakı şəhərində baş vermiş hadisələr haqqında danışaraq bildirib ki, 1990-ci ilin yanvar ayının 19-dan 20-nə keçən gecə sovet qoşunları dinc əhaliyə, o cümlədən uşaqlara, qocalara və qadınlara qarşı xüsusi qəddarlıq göstərib, günahsız qanlar töküb.

Tədbirdə çıxış edən Azərbaycan-Pakistan Media Forumunun baş katibi Raja Javid Batti iki qardaş ölkələrimiz arasında mövcud olan dostluq əlaqələri haqqında danışıb. Natiq Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın təşəbbüsü və dəstəyi ilə Pəncab əyalətinin Qucarxan bölgəsinin Sahal Xinger rayonunda inşa edilmiş “20 Yanvar Şəhidləri Bulağı”nın təchizatı layihəsi barəsində danışıb.
 
Bildirib ki, layihə çərçivəsində içməli su qıtlığından əziyyət çəkən bu regionda alternativ enerjisi ilə çalışan iki artezian quyusu qazılıb.

Mərasim iştirakçıları qarşısında çıxış edən Azərbaycanın Pakistandakı səfiri Daşqın Şikarov XX-ci əsrin sonlarında SSRİ-də cərəyan edən hadisələrdən danışıb, yaranmış vəziyyətdən erməni millətçilərinin sui-istifadə edərək Azərbaycana qarşı torpaq iddialarının irəli sürdüyünü bildirib.

 





16.01.2015    çap et  çap et