525.Az

Ukrayna hökuməti Donbasa əlavə qoşun göndərəcək


 

Ukrayna hökuməti Donbasa əlavə qoşun göndərəcək<b style="color:red"></b>

Ukrayna hökuməti ölkənin şərqinə əlavə qoşun göndərəcək.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bunu Ukrayna prezidenti Pyotr Poroşenko bəyan edib.
 
P. Poroşenkonun sözlərinə görə, Donbas regionunda yerləşən qoşunların qruplaşması yenidən aparılacaq.
 
“Bütün bunlar ona görə edilir ki, biz atəşkəsin zəiflik əlaməti deyil, güc olduğunu göstərək. Kimsə atəşkəsi pozmaq istəsə, bunu həyatı hesabına ödəcəyək”, - deyə o vurğulayıb.
 
Ukrayna prezidenti həmçinin qeyd edib ki, son aylarda ordu xeyli güclənib.

 





16.01.2015    çap et  çap et