525.Az

Donetsk hava limanında döyüşlər davam edir


 

Donetsk hava limanında döyüşlər davam edir<b style="color:red"></b>

Ukrayna tərəfi Donetsk hava limanının tam nəzarətə götürüldüyü haqda separatçıların bəyanatlarını növbəti dəfə təkzib edib.

APA-nın “Censor.net” və UNİAN-a istinadən verdiyi məlumata görə, Antiterror Əməliyyatının (ATO) mətbuat xidmətinin rəhbəri Roman Turovets şiddətli və arasıkəsilməz hücumlara məruz qalan aeroportdakı Ukrayna kontingentinə lazımi atəş dəstəyinin verildiyini bildirib: “Orada indi döyüş gedir. Hücum səhər saat 08-də başlayıb. Vəziyyət kifayət qədər mürəkkəbdir, lakin nəzarət olunandır. Döyüşçülərimiz güclü atəş dəstəyi alır və bunun sayəsində davam gətirir”.    
 
Antiterror əməliyyatı qərargahının başqa açıqlamasına əsasən son sutka ərzində Donbassda gedən döyüşlərdə 6 Ukrayna əsgəri həlak olub, 18-i yaralanıb.
 
ABŞ-ın Ukraynadakı səfiri Ceffri Paett bəyan edib ki, separatçıların Donetsk hava limanına hücumları Minsk razılaşmalarının pozulmasıdır: “Rusiya tərəfindən dəstəklənən separatçıların hücumları onların Minsk razılaşmalarını pozmasına dair sonuncu nümunədir”.
 
Qeyd edək ki, Prokofyev adına Donetsk hava limanı şiddətli döyüşlər və bombardmanlar nəticəsində tam xarabazara çevrilib. Köhnə terminalın xarabalıqları separatçıların, yeni terminal isə Ukrayna ordusunun nəzarətindədir. Hazırda yeni terminalın xarabalıqlarında döyüşlər gedir.

 





16.01.2015    çap et  çap et