525.Az

Seneqalda etirazçılar Fransanın bayrağını yandırıblar


 

Seneqalda etirazçılar Fransanın bayrağını yandırıblar<b style="color:red"></b>

Seneqalda “Charlie Hebdo” jurnalında Məhəmməd peyğəmbərin karikaturalarının dərc edilməsinə qarşı aksiyada etirazçılar Fransanın bayrağını yandırıblar.

APA-nın “Rosbalt”-a istinadən verdiyi xəbərə görə, paytaxt Dakar şəhərinin mərkəzi məscidi yaxınlığında toplaşan etirazçılar Fransa səfirliyinə yürüş ediblər. Nümayişçiləri dağıtmaq üçün polis gözyaşardıcı qazdan istifadə edib.
 
Qeyd edək ki, yanvarın 16-da Əlcəzairdə “Charlie Hebdo” və Fransa əleyhinə mitinq keçirilib, Nigerdə isə etirazçılar Fransanın mədəniyyət mərkəzinin binasını yandırıblar.

 





17.01.2015    çap et  çap et