525.Az

Daha iki qızıl yatağı kəşf edilib


 

Daha iki qızıl yatağı kəşf edilib<b style="color:red"></b>

Azərbaycanda daha iki qızıl yatağı kəşf edilib.

APA-nın məlumatına görə, bunu jurnalistlərə ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov bildirib.
 
Nazirin sözlərinə görə, yataqlar Böyük Qafqaz dağlarının şimal ətəyində və Kiçik Qafqaz dağlarında yerləşir.
 
“Hazırda nazirlik tərəfindən qızıl yataqların xəritəsi hazırlanır”, - deyə H. Bağırov bildirib.
 
Nazir əlavə edib ki, hazırda yataqların ehtiyatları dəqiqləşdirilir.

 





20.01.2015    çap et  çap et