525.Az

“Şabran” qəzetinin 80 illiyi qeyd olunub


 

“Şabran” qəzetinin 80 illiyi qeyd olunub <b style="color:red"></b>

Noyabrın 24- Şabran şəhərində eyni adlı qəzetin 80 illiyi qeyd edilib. Bu məqsədlə şəhər mədəniyyət sarayında keçirilən mərasimdə rayon icra hakimiyyətinin, yerli təşkilatların, ictimaiyyət nümayəndələrinin təmsilçiləriŞabranın yaradıcı kollektivi ilə birgə yubiley duyğularını bölüşüblər. Azərbaycan Mətbuat Şurasının nümayəndələri ətraf bölgələrdə çıxan qəzetlərin baş redaktorları da mərasimə dəvətlilər sırasında olublar.

 

Tədbir iştirakçıları öncə ümummilli lider Heydər Əliyevin Şabran şəhərində ucaldılmış abidəsini ziyarət ediblər. Toplantının keçirildiyi mədəniyyət sarayının foyesində təşkil olunmuş sərgidə toplanmış materiallar onlarınŞabranın 80 ildə keçdiyi yolla tanışlığına bələdçilik edib.

 

Azərbaycanın dövlət himninin səslənməsi ilə başlanmış mərasimdə öncəŞabranqəzetinin baş redaktoru Çingiz Məmmədov yubilyar nəşrin ötən müddətdəki ömür yolunun ayrı-ayrı məqamları barədə ətraflı söhbət açıb.

 

Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib ki, “Şabranqəzetinin 80 illiyinin milli mətbuatımızın banisi Həsən bəy Zərdabinin 170 illik yubileyinə təsadüf etməsi xüsusilə əlamətdardır. Yubileylə bağlı -nin həyata keçirdiyi tədbirlərdən söhbət açan Ə.Amaşov dahi mütəfəkkirin hər bir bölgənin qəzetinin həmin yerin aynası olmasının vacibliyinə dair fikrini xatırladıb bildirib ki, “Şabranqəzetinin timsalında Həsən bəyin miras qoyduğu ənənə özünün layiqli davamçısını tapmaqdadır. “Dahi mütəfəkkirə sadiqlik yerli həyatın operativliklə, böyük yaradıcılıqla işıqlandırılmasından, nöqsanların, həlli vacib məsələlərin qəzet səhifəsinə çıxarılmasından keçir. Bu fəaliyyət eyni zamanda xalqa, vətəndaş cəmiyyəti quruculuğu prosesinin daha da dərinləşməsinə xidmət yoludur”, – deyən sədriŞabranqəzeti kollektivinə bu yolda uğurlar arzulayıb. Ə.Amaşov həmçinin qəzetə rəhbərlik etdiyi qurumun təbrikini, mətbu orqanın əməkdaşlarına isə fəxri diplomlarını təqdim edib.

 

Xaçmazqəzetinin baş redaktoru Zinyət Yaqubqızı ölkənin şimal-şərq regionunda fəaliyyət göstərən Kütləvi İnformasiya Vasitələrinin adından çıxış edərək şabranlı həmkarlarına yeni-yeni yaradıcılıq uğurları arzulayıb.

 

Sonra rayon ictimaiyyətinin nümayəndələri, qəzetin keçmiş əməkdaşları, fəal oxucularıŞabranla bağlı təəssüratlarını bölüşüblər.

 

Şabran rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzov çıxışında bu gününŞabranını bilgiləndirməyi, düşündürməyi, polemikaya dəvət etməyi bacaran peşəkar mətbu orqan kimi dəyərləndirib. O, qəzetin keçdiyi yola nəzər salaraq nəşrin hər sayının qədim diyarın canlı salnaməsini yaratmaq baxımından çox qiymətli məxəz olduğunu vurğulayıb. N.Novruzov həmçinin təsisçi kimi icra hakimiyyətininŞabranın daha da güclənməsi istiqamətində gördüyü işlərdən söhbət açıb.

 

Mərasimin sonunda yubilyar qəzetin əməkdaşlarına Şabran rayon İcra Hakimiyyətinin diplom, hədiyyə mükafatları təqdim olunub.

 

 





27.11.2012    çap et  çap et