525.Az

Xarkovda 20 Yanvar faciəsi anılıb


 

Xarkovda 20 Yanvar faciəsi anılıb<b style="color:red"></b>

Azərbaycanın Xarkovdakı fəxri konsulluğunun təşəbbüsü ilə  20 yanvar faciəsinin 25-ci il dönümü ilə bağlı  xarkov şəhərində anım mərasimi keçirilib.

Xarkov Vilayət Dövlət admnistrasiyası  rəsmilərinin ,diplomatların və diaspora fəallarının qatıldığı tədbirdə dövlət müstəqilliyimiz uğrunda canlarını fəda etmiş  qəhrəman oğul və qızlarımızın xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

Anım mərasiminə qatılanlar ilk öncə Azərbaycan Televiziyasının hazırladığı Qanlı Yanvar sənədli filminə baxmaqla 25 il bundan öncə totalitar sovet hakimiyyətinin  Azərbaycanda  həyata keçirtdiyi  amansız qətliamlarla tanış olublar.

Mərasimdə çıxış edən Azərbaycanın Xarkov şəhərindəki  fəxri konsulu Əfqan Salmanov   25 il bundan öncə müasir silahlarla yaraqlanmış 30 mindən çox   sovet qoşunlarının Azərbaycanda  hərbi siyasi cinayət törətdiyini diqqətə çatdırıb.

Müdhüş 20 yanvar gecəsində  Azərbaycanın cəsur oğul və qızlarının göstərdiyi qəhrəmanlıq şücaətindən söz açan   fəxri konsul müstəqil Azərbaycan dövlətinin qurucuları kimi tarixə düşən şəhidlərimizə ümumxalq sevgisindən bəhs edib.

Bu gün Azərbaycanın 20 faiz torpaqlarının erməni işğalı altında olduğunu diqqətə çatdıraraq  , prezident İlham Əliyevin əmrinə əsasən qüdrətli Azərbaycan ordusunun qisa bir zamanda  torpaqlarımızı  düşmən tapdağından azad etməyə hazır olduğunu vurğuayıb.   

Tədbirdə Xarkov vilayət Dövlət Admnistrasiyasi  başçısının müavini Yevgeniy Şaxnenko,Xarkov vilayət deputatlar şurasının sədr müavini Lyudmila Davıdova və digər rəsmi şəxslər çıxış edərək,tarix boyu  dövlət müstəqilliyi  uğrunda mübarizə aparan Azərbaycan və Ukrayna xalqlarının böyük məşəqqətlərə məruz qaldığlarını bildiriblər.

Hər iki xalqın müstəqillik və azadlıq yolunda çoxsaylı qurban verdiklərini qeyd edən dövlət rəsmiləri 25 il bundan öncə qanları bahasına  dövlət müstəqilliyini qoruyub saxlayan Azərbaycan xalqına  güc bə müdrüklük , işğal altında olan torpaqlarının tez bir zamanda  geriyə qaytarılmasını  arzulayıblar.

Mərasimdə  Azərbaycan xalqının   şan və şərəf tarixi olan   20 yanvar  hadisələrinin  dünya durduqca qəhrəmanlıq təcəssümü kimi  xatırlanacağı bildirilib

Möhsüm Qədiroğlu

 





21.01.2015    çap et  çap et