525.Az

Daşqın Şikarov Bəlucistanın parlament sədri ilə görüşüb


 

Daşqın Şikarov Bəlucistanın parlament sədri ilə görüşüb<b style="color:red"></b>

Bu gün Azərbaycanın Pakistandakı səfiri Daşqın Şikarov Pakistan İslam Respublikasının Bəlucistan əyalətinin Parlamentinin sədri Mir Can Camali ilə görüşüb.

525.az-ın səfirliyə istinadən məlumatına görə, görüş zamanı Səfir Azərbaycan və Pakistan arasında mövcud olan dostluq münasibətlərindən söz açıb.

Dağlıq Qarabağ məsələsi daxil olmaqla bütün məsələlərdə Pakistanın ölkəmizə indiyə kimi verdiyi dəstəyə görə əyalət parlamentinin spikerinə təşəkkür edərək, Azərbaycan xalqının da daim bütün məsələlərdə Pakistanla birlikdə olduğunu bildirib.

Görüş zamanı D. Şikarov, Pakistan Senatının 2012-ci ilin 01 fevral tarixində Xocalı soyqırımını tanıyan və Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən qətnaməsinin qəbul edilməsində M.C.Camalinin oynadığı əvəzsiz roluna görə ona bir daha təşəkkürünü bildirib.

Bəlucistan əyalətinin parlamentinin spikeri Pakistan və Azərbaycan xalqları arasında münasibətlərin səmimi dostluğa arxalandığını qeyd edərək onların bütün sahələrdə inkişaf etdiyini vurğulayıb. O, Pakistanın Milli Assambleyası və Bəlucistan parlamentinin Azərbaycan Milli Məclisi arasında əlaqələrin qurulması, nümayəndə heyətlərinin mübadiləsi vacibliyindən danışıb.

Bildirib ki, mart ayında O, bir qrup parlament üzvləri ilə birlikdə Azərbaycana səfər etmək və Pakistanın daim Azərbaycanla olduğunu bir daha nümayiş etdirmək məqsədi ilə Novruz Bayramını Azərbaycanda yaşayan məcburi köçkünlərlə birgə keçirtmək niyyətindədir. Mir Can Camali 2012-ci il 01 mart tarixində Azərbaycana səfərini, Prezident cənab İlham Əliyevlə görüşünün təəssüratlarını bölüşüb.

Söhbət zamanı M.C. Camali, Bəlucistanda gedən proseslər barəsində məlumat verib, Heydər Əliyev Fondu və onun Prezidenti xanım Mehriban Əliyevaya Bəlucistanın zəlzələdən zərər çəkmiş ərazilərdə və əyalətin digər bölgələrində həyata keçirilən humanitar aksiyalara görə öz minnətdarlığını bildirib.

 





21.01.2015    çap et  çap et