525.Az

Ermənistan Davos Forumunda iştirak etməyəcək


 

Ermənistan Davos Forumunda iştirak etməyəcək<b style="color:red"></b>

Ermənistan çərşənbə günü Davosda start götürəcək illik Beynəlxalq İqtisadi Forumda təmsil olunmayacaq.

Trend xəbər verir ki, bu barədə “Jamanak” qəzeti hökumətin mətbuat xidmətinə istinadən məlumat verir.

Beynəlxalq İqtisadi Forum 21-24 yanvar tarixində İsveçrənin Davos şəhərində 45-ci dəfə keçiriləcək.

Gözlənildiyi kimi, forumda 50-dən artıq dövlət və hökumət başçıları daxil olmaqla təxminən 2,5 min iş adamı, siyasətçilər, QHT nümayəndələri və ekspertlər iştirak edəcəklər.

 





21.01.2015    çap et  çap et