525.Az

Ukraynalı deputat Dmitri Yaroş Donbasda yaralanıb


 

Ukraynalı deputat Dmitri Yaroş Donbasda yaralanıb<b style="color:red"></b>

Ukrayna Ali Radasının deputatı, “Sağ Sektor” Partiyasının lideri Dmitri Yaroş Donbassda gedən döyüşlərdə yaralanıb.

APA-nın xəbərinə görə, bu barədə öz “Facebook” səhifəsində ordunun təminatına kömək edən könüllülərdən (volontyor) biri olan Roman Donik məlumat verib.
 
“Növbəti feyk dalğasının, nekroloqların və panikanın qarşısını almaq üçün bildirirəm ki, Dmitri Yaroş “Qrad” qəlpəsindən yüngül yaralanıb. Yumşaq toxumalar yüngülcə zədələnib, sümükdə hər hansı zədə yoxdur. Xəstəxanaya aparılmasına ehtiyac yaranmayıb. “Zelyonka” sürtdülər və döyüşməyə davam edir”, - deyə R. Donik yazıb.
 
"Censor.net" saytının baş redaktoru Yuri Butusov isə hadisənin təfərrüatları barədə məlumat verərək Donetsk hava limanı ərazisində D. Yaroşun yaxınlığında mərmi partladığını söyləyib. O bildirib ki, başındakı dəbilqə sayəsində sağ qalan və əlindən ciddi yara alan Yaroş döyüş meydanından çıxarılıb.
 
Qeyd edək ki, “Sağ Sektor”un könüllü batalyonu Donbassda gedən döyüşlərdə iştirak edir.

 





21.01.2015    çap et  çap et