525.Az

Donbassda atəşkəs dövründə 237 hərbçi həlak olub


 

Donbassda atəşkəs dövründə 237 hərbçi həlak olub<b style="color:red"></b>

Ukraynanın şərqində atəşkəs razılaşmasının əldə edilməsindən indiyə qədər 237 hərbçi həlak olub.

APA-nın UNN agentliyinə istinadən verdiyi məlumata görə, bunu Ukraynanın BMT-dəki daimi nümayəndəsi Yuri Serqeyev bəyan edib.
 
“Atəşin dayandırılmasından bəri 237 Ukrayna hərbçisi həlak olub. Eyni zamanda, ən azı 148 mülki şəxs silahlı münaqişənin qurbanı olub”, - deyə Y. Serqeyev BMT Təhlükəsizlik Şurasının iclasında çıxış edərkən bildirib. O deyib ki, Ukrayna tərəfi Minsk razılaşmalarını həyata keçirməyə hazırdır və bu razılaşmaların Rusiya tərəfindən də yerinə yetirilməsini gözləyir.
 
Qeyd edək ki, Minsk razılaşmaları 2014-cü il sentyabrın 5-də və 19-da imzalanıb. Bu razılaşmalarda atəşin dayandırılması, ağır artilleriya və ağır hərbi texnikanın təmas xəttindən geri çəkilməsi, Donbassdakı kənar hərbi qüvvələrin (Rusiya) bölgəni tərk etməsi, Ukrayna-Rusiya sərhədinin separatçıların nəzarətində olan hissəsinin Ukrayna dövlətinin nəzarətinə qaytarılması və Donbass bölgəsinə xüsusi status verilməsi nəzərdə tutulur.

 





22.01.2015    çap et  çap et