525.Az

Donetskdə Turçinovun zirehli avtomobili atəşə tutulub


 

Donetskdə Turçinovun zirehli avtomobili atəşə tutulub<b style="color:red"></b>

Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının sədri Aleksandr Turçinovun içində olduğu avtomobil Donetsk hava limanı istiqamətində atəşə tutulub.

APA-nın “censor.net” saytına istinadən verdiyi məlumata görə, A. Turçinovu aparan “Kuguar” zirehli avtomobili aeroport ətrafındakı Opıtnoye kəndi ərazisində atəş altında qalıb.

Nəticədə təkərlərdən biri zədələnib. Atəşin davam etməsinə baxmayaraq, təkər dərhal dəyişdirilib. A. Turçinov hər hansı yara almayıb.

 





22.01.2015    çap et  çap et