525.Az

Almaniyada 20 Yanvar faciəsinin anım mərasimi keçirilib


 

Almaniyada 20 Yanvar faciəsinin anım mərasimi keçirilib <b style="color:red"></b>

Yanvarın 20-də Almaniyanın Mayns şəhərinin baş meydanı "Gutenbergplatz"da 20 Yanvar faciəsinin 25-ci ildönümünə həsr edilmiş anım mərasimi keçirilib.

Tədbirin təşkilatçısı, Mayns şəhər bələdiyyəsinin Yabançılar məclisinin üzvü soydaşımız Sarvan Rizvanovun sözlərinə görə, Maynsda və yaxın ətrafda yaşayan soydaşlarımızın təşəbbüsü ilə baş tutan tədbirdə 20 Yanvar faciəsini özündə əks etdirən fotosərgi nümayiş etdirilib, Sovet ordusunun dinc yerli əhalini vəhşıcəsinə öldürmələri haqda məlumatların olduğu vərəqələr paylanıb.

Anım mərasimində Rein-Main bölgəsində yaşayan gənc soydaşlarımız xüsusi fəallıq nümayiş etdiriblər:

"Azərbaycanın azadlıq və müstəqillik uğrunda mübarizəsi tarixinə qəhrəmanlıq səhifəsi kimi yazılmış 20 Yanvar faciəsindən danışan insanlar bildirib ki, öz canını Vətən uğrunda qurban vermiş və şəhidlik zirvəsinə yüksəlmiş insanların xatirəsi qəlbimizdə daima yaşayacaq. Dünya ictimaiyyəti, beynəlxalq qurumlar Azərbaycanın haqlı tələblərini dəstəkləyəcək, bu qanlı aksiya insanlıq əleyhinə cinayət kimi tezliklə beynəlxalq hüquqi qiymətini alacaq, cinayətkarlar cəzasız qalmayacaq.

Qərara alınıb ki, dinc əhaliyə, soydaşlarımıza qarşı Sovet imperiyasının qoşun birləşmələrinin törətdiyi qanlı cinayətlərin tezliklə beynəlxalq hüquqi qiymətini alması üçün beynəlxalq qurumlara bəyanatlar göndərilsin".

 





22.01.2015    çap et  çap et