525.Az

Obama və Kerri Netanyahu ilə görüşməyəcək


 

Obama və Kerri Netanyahu ilə görüşməyəcək<b style="color:red"></b>

ABŞ dövlət katibi Con Kerri Vaşinqtona səfər edəcək İsrailin baş naziri Binyamin Netanyahu ilə görüşməyi planlaşdırmır.

Bu barədə APA “Röyters”ə istinadən xəbər verir.
 
Məlumata görə, Binyamin Netanyahu  ilə  həmçinin  ABŞ prezidenti Barak Obama da görüşmək niyyətində deyil. 
 
“İsraildə keçiriləcək seçkilərə təsir cəhdlərinin yaranmaması üçün Obamanın Netanyahu ilə görüşmək niyyəti yoxdur”, deyə  Ağ Ev yanında Milli Təhlükəsizlik Şurasının nümayəndəsi Bernadett Mixan bildirib.
 
Qərb mətbuatı bu qərarların təəccüblə qarşılandığını qeyd edib. Belə ki, indiyədək İsrail rəsmiləri Vaşinqtona səfərləri zamanı ABŞ rəhbərliyi ilə danışıqlar aparıb.   
 
Qeyd edək ki,  İsrailin baş naziri Vaşinqtona ABŞ Konqresində çıxış etmək üçün səfər edəcək.

 





23.01.2015    çap et  çap et