525.Az

Səudiyyə Ərəbistanının kralı Abdullah vəfat edib


 

Səudiyyə Ərəbistanının kralı Abdullah vəfat edib<b style="color:red"></b>

Səudiyyə Ərəbistanının kralı Abdullah bin Əbdüləziz Əl Səud 91 yaşında vəfat edib.

APA-nın “RİA Novosti”-yə istinadən verdiyi xəbərə görə, bu barədə dövlət telekanalının efirində məlumat verilib. 
 
Qeyd edək ki, kral Abdullah bir müddət əvvəl ağciyər infeksiyası (pnevmoniya) diaqnozu ilə Ər Riyad şəhərinin xəstəxanalarından birinə yerləşdirilib.  Son 4 il ərzində kral bir neçə dəfə onurğa sümüyündə əməliyyat  keçirib.

 





23.01.2015    çap et  çap et