525.Az

Ötən il fermerlərə 1200-ə yaxın traktor verilib


 

Ötən il fermerlərə 1200-ə yaxın traktor verilib<b style="color:red"></b> 2014-cü il ərzində “Aqrolizinq” ASC-nin xətti ilə kənd təsərrüfatı məhsulları istehsalçılarına 95,1 mln. manat dəyərində 1 191 ədəd müxtəlif növ traktor.
 
“APA-Economics”in məlumatına görə, bu barədə Dövlət Statistika Komitəsinin açıqladığı hesabatda bildirilir.
 
Bundan başqa, fermerlərə 950 ədəd kotan, 514 ədəd taxılyığan kombayn, 307 ədəd səpici aqreqat, 61 ədəd otbiçənlər, 56 ədəd çiləyici və tozlayıcı maşınlar verilib.
 
Məlumata görə, eyni dövrdə sahə üzrə istehsalçılara 51 ədəd malalar, 39 ədəd gübrəsəpən maşın, 23 ədəd ot dırmıqları, 23 ədəd traktor yedəkləri (qoşqular), 16 ədəd kultivatorlar, 14 ədəd taxıl-toxum təmizləyən və 104 ədəd digər kənd təsərrüfatı maşın və avadanlıqları təqdim edilib.
 





23.01.2015    çap et  çap et