525.Az

Direktor müavini olmaq istəyənlər üçün imtahan keçiriləcək


 

Direktor müavini olmaq istəyənlər üçün imtahan keçiriləcək<b style="color:red"></b>

Bakı  Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən ümumtəhsil məktəblərində  təlim - tərbiyə işləri üzrə direktor müavini, tərbiyə işləri üzrə direktor müavini (təşkilatçı) və laborant vəzifələrinə işə qəbul olunmaq üçün 24-25 yanvar tarixlərində imtahan keçiriləcək.

BŞTİ-nin mətbuat xidmətindən verilən xəbərə görə, müsabiqə 3 mərhələdən ibarətdir və imtahanda I mərhələdə (17-24 noyabr tarixlərində) bakuedu.az saytında qeydiyyatdan keçən və tələblərə uyğun olan namizədlər iştirak edə biləcəklər.

Yanvarın 24-25-də baş tutacaq müsabiqənin II mərhələsində isə namizədlərin imtahanı keçiriləcək. Baş tutacaq imtahan özlüyündə 2 mərhələdən ibarət olacaq. Direktor müavini vəzifəsi üzrə sənəd verən namizədlərə test imtahanı (30 sual) üçün 1 saat, onlara təqdim olunan mövzu üzrə esse yazmaq üçün 1 saat (ümumilikdə 2 saat) vaxt veriləcək. Laborantlıq üzrə qeydiyyatdan keçən namizədlərə isə test (30 sual) üçün 1 saat, onlara verilən mətnin çap edilməsi üçün 30 dəqiqə vaxt (ümumilikdə 1,5 saat) vaxt veriləcək. İmtahandan uğurla keçən namizədlər III mərhələdə komissiya tərəfindən təşkil olunmuş müsahibədə iştirak edəcək.

Müsahibədən müvəffəqiyyət qazanan namizədlər vakant vəzifələrə yerləşdiriləcək və vakant yerlər olmadığı təqdirdə namizədlərin sənədləri BŞTİ-nin kadrlar bazasında toplanılacaq. Yeni vakansiyalar yarandığı halda bu namizədlərin müsabiqədəki göstəricilərinə əsasən işlə təmin olunması nəzərdə tutulur.

Vəfa MƏMMƏDLİ

 





23.01.2015    çap et  çap et