525.Az

Aİ-də Ukraynadakı vəziyyət müzakirə olunacaq


 

Aİ-də Ukraynadakı vəziyyət müzakirə olunacaq<b style="color:red"></b>

Avropa İttifaqına (Aİ) üzv olan ölkələrin xarici işlər nazirləri Ukraynada yaranmış vəziyyətlə əlaqədar növbədənkənar görüşü yanvarın 29-da keçiriləcək.

APA-nın “Reuters”ə istinadən xəbərinə görə, bunu Aİ-nin xarici işlər və təhlükəsizlik üzrə ali komissarı Federika Moqerini bildirib.
 
Qeyd edək ki, Ukrayna prezidenti Pyotr Poroşenko yanvarın 26-da keçiriləcək iclas zamanı Rusiyaya təzyiqlərin artırılması barədə məsələ qaldıracaqlarını bildirib. ATƏT-in daimi sədri olan Serbiya isə bu gün təşkilatın Daimi Şurasının iclasının keçiriləcəyini və Ukraynadakı vəziyyətin müzakirə olunacağını bildirib.

 





26.01.2015    çap et  çap et