525.Az

Dünya gözəli bəlli oldu


 

Dünya gözəli bəlli oldu <b style="color:red"></b>

Kolumbiyalı Paulina Veqa Mayamidə keçirilən “Dünya Gözəli 2014” müsabiqəsinin qalibi seçilib.

APA-nın “Associated Press”ə istinadən xəbərinə görə, finala kolumbiyalı ilə yanaşı, ABŞ, Niderland, Ukrayna və Yamayka təmsilçiləri də vəsiqə qazanıb.
 
87 qızın iştirak etdiyi müsabiqənin vitse-dünya gözəli ABŞ təmsilçisi Nia Sançes və “Ukrayna gözəli” Diana Qarkuşa olub. Rusiyalı Yuliya Alipova 15 finalçının sırasına düşə bilməyib.
 
Qeyd edək ki, 22 yaşlı Paulina məşhur tenor Qaston Veqanın nəvəsidir. Onun üç qardaşı və dörd bacısı var.

 





26.01.2015    çap et  çap et