525.Az

"Son 10 ildə Azərbaycanda 300, Bakıda 70 körpü tikilib"


 

"Son 10 ildə Azərbaycanda 300, Bakıda 70 körpü tikilib"<b style="color:red"></b>

Azərbaycanda 2014-cü ildə nəqliyyat sektoruna 2,5 mlrd. dollar sərmayə yatırılıb.

"APA-Economics"in məlumatına görə, bunu Bakıda keçirilən "Yol infrastrukturunun tikintisi və yenidən qurulmasında yeni texnologiyaların və innovasiyaların tətbiqi" mövzusunda keçirilən tədbirdə nəqliyyat naziri Ziya Məmmədov bildirib.
 
Nazir bildirib ki, nəqliyyat sahəsinə yatırılan investisiyalar bütün iqtisadiyyata yatırılan sərmayələrin 21%-nə bərabərdir.
 
Z. Məmmədov qeyd edib ki, ölkənin avtomobil yollarına yatırılan sərmayə 2014-cü ildə 1,9 mlrd. dollar təşkil edib.
 
"Nəqliyyat sektorunda son 10 ildə daşımaların həcmi 5,7%, sərnişindaşıma 3,7%, tranzit daşınmalar 3,4% artıb", - deyə nazir qeyd edib.
 
Qurum rəhbəri əlavə edib ki, son 10 ildə respublika üzrə 11 min km yol, 300 körpü tikilib. Körpülərin 70-i Bakının ərazisindədir.

 





26.01.2015    çap et  çap et