525.Az

Məhəmməd Cavad Zərif Ermənistana səfər edəcək


 

Məhəmməd Cavad Zərif Ermənistana səfər edəcək<b style="color:red"></b>

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif bu gün Ermənistana səfər edəcək.

APA-nın xəbərinə görə, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin yaydığı məlumatda deyilir.
 
İkigünlük səfər Ermənistan xarici işlər naziri Edvard Nalbandyanın dəvəti əsasında reallaşacaq.
 
Səfər çərçivəsində iranlı nazirin Ermənistan prezidenti Serj Sarkisyan, parlament spikeri Qalust Saakyan və baş nazir Ovik Abramyanla görüşlər keçirəcəyi gözlənilir.
 
Ermənistan və İran xarici işlər nazirləri arasında danışıqlar yanvarın 27-də baş tutacaq.

 





26.01.2015    çap et  çap et